"Invesco": Mərkəzi bankların üçdə ikisi iqlim problemlərini məsuliyyət sahələrinə aid edir
Dünya mərkəzi banklarının 63%-i iqlim dəyişikliyinin onların səlahiyyətində olduğunu düşünür.
"Kommersant"ınverdiyi məlumata görə, bu barədə ABŞ-ın "Invesco" investisiya şirkətinin 141 mərkəzi bankının və suveren fondunun rəhbərləri arasında apardığı sorğu nəticəsində məlum olub.
Sorğuya əsasən, mərkəzi bank rəhbərlərinin 45%-i hesab edir ki, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə pul siyasətinin əsas hədəfi olmalıdır. Respondentlərin 24%-i bu ifadə ilə razılaşmır, 31%-i qəti cavabdan çəkinib.
Suveren fondlar üçün 2020-ci ildə bazar və likvidlik risklərindən sonra məhz iqlim riski olub. COVID-19 istisna olmaqla, suveren fondların nümayəndələrinin əksəriyyəti (62%-i) iqlim dəyişikliyinin investisiya idarəetmə qərarlarına təsir edən makroiqtisadi mövzulardan biri adlandırıb.
Qeyd edək ki, iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso (Odile Renault-Basso) ilin sonunadək "yaşıl" layihələrə ayrılan investisiyaların payını 40%-ə çatdırmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər AYİB-in fəaliyyətlərinin Paris İqlim Sazişinə tam uyğunluğu təmin ediləcəyi planlaşdırılır.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























