“Gəlirlər və məhkəmələr” həftəsi başlayır: gözlər ABŞ-dadır
Bu həftə dünyanın ən iri bankları və bir sıra nəhəng şirkətlər rüblük nəticələri açıqlayacaqYenicə başlayan həftə qarşıda bizə maraqlı hadisələr vəd edir. ABŞ hər zamankı kimi ən dinamik bazar olaraq öndə gedir. Marja bu həftə gözlənilən əsas hadisələrin qısa icmalını təqdim edir:
Bankların triumfu..
Bu həftə ABŞ-ın və həmçinin dünyanın ən iri bankları cari ilin ikinci rübünə dair nəticələri açıqlayacaq. İyulun 13-ü JP Morgan Chase, Goldman Sachs, 14 iyul Wells Fargo, Citi Group, Bank of America, 15 iyulda isə Morgan Stanley, Bank of NY Mellon, Truist Bank və başqaları hesabat verəcək. Analitiklər bu sektorda 100%-dən çox mənfəət artımı və son 25 ilin ən yaxşı nəticələrini gözləyir.
Biznes əvvəlki səviyyəsinə qayıdır...
Bir sıra iri sənaye, qida və ərzaq, səhiyyə, nəqliyyat şirkətlərindən də rüblük nəticəlrə bu həftə gələcək. Onların arasında PepsiCo, Delta Air Lines, UnitedHealth, Ericsson, Kansas City Southern və başqaları da var. Enerji şirkətlərində mənfəətin 225%, istehlak malları sektorunda 271% artacağı gözlənilir.

Texnokral məhkəmə qarşısında
Bugün həm də elektrikli avtomobillər bazarının lideri Teslanın rəhbəri Elon Mask məhkəmədə ifadə verəcək. Teslanın digər səhmdarlarının qaldırdığı iddiada qeyd olunur ki, Mask Teslanın 2016-cı ildə 2,6 milyard dollara aldığı SolarCity şirkətindən alternativ enerji üçün yox, həmin vaxt yaxşı vəziyyətdə olmayan Teslanın maliyyə göstəricilərini saxtalaşdırmaq üçün istifadə edib.
Həmçinin, ABŞ-da bir sıra iqtisadi göstəricilər də açıqlanacaq: inflyasiya, büdcənin icrası, maliyyə sisteminin icmalı, işsizlik üzrə ərizələrin sayı, idxal qiymətləri, sənayenin istehsal həcmi, pərakəndə satışlar.

Bir sözlə, maraqlı və dinamik həftə olacaq. Marjanı izləyin və biznes-maliyyə dünyasında ən son yeniliklərdən xəbərdar olun.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















