Su yolu ilə yükün daşınması qiymətləri kəskin artıb
ABŞ-a fraxt qiymətləri bir ildə 229% artıbÇindən ABŞ-a dəniz yolu ilə yükün daşınması qiyməti 10 min dollara yaxınlaşıb.
Marja xəbər verir ki, "Drewry" tərəfindən hazırlanan Dünya Konteyner İndeksinə görə, Şanxaydan Los Ancelesə təxminən 12 metrlik konteynerin fraxt qiyməti son bir həftədə 5%, son 1 ildə isə 229% artımla 9631 dollara yüksəlib.
"Drewry" qiymətlərin gələcək həftələrdə daha da yüksələcəyini gözləyir.
Qiymətlərdəki artım, "A. P. Moller-Maersk" və "Cosco" kimi nəqliyyat xidməti göstərən şirkətlərin gəlirin artırsa da, idxalçıların xərclərinin artması baxımından çətinlik yaradır. Bəzi şirkətlər bu səbəbdən pərakəndə qiymətləri artırır.
May ayının sonunda Şanxaydan Rotterdama konteyner xərci 10 min dollar keçmişdir. Qiymətlər bu həftə də artımını davam etdirərək, keçən ildən bəri təxminən 600% artımla 12 min 795 dollara qədər yüksəlib.
"Drewry"nin məlumatlarına görə, Şanxay - Los Anceles xəttində qiymətlər 2011 - 2020 Mart arasında 1800 dollardan aşağı idi.
Qiymətlərin yüksəlməsinə amerikalı istehlakçıların və şirkətlərin artan tələbi və konteyner çətinliyinin səbəb olduğu bildirilir.
Fraxt dəniz və çay yolu ilə daşınan əşya üçün, daşıma xidməti qarşılığında gəmi şirkətinə ödənən ödənişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















