Artan neft qiyməti ABŞ-ın istehsalçılarını vurdu
ABŞ-ın neft istehsalçılarının hedc (hegde) zərəri 2021-ci ilin ilk yarısında 7,5 milyard dollar təşkil edib. Neftin qiymətinin 75 dollarda qalması vəziyyətində zərərin il sonunda 20 milyard dollara yüksəlməsi nəzərdə tutulur.Neft qiymətlərindəki yüksəliş ABŞ-lı istehsalçıların milyardlarla dollar hedc zərərlərinin yaranmasına gətirib çıxarıb. Marja xəbər verir ki, neftin qiymətinin 75 dollar olmaqla 6 ilin zirvəsinə qalxmasına baxmayaraq 11 milyon barellik gündəlik ABŞ istehsalının üçdə biri 55 dollardan satılır.
"Financial Times"in "IHS Markit" məlumatlarına istinadən xəbərinə görə, ABŞ-ın neft istehsalçılarının hedc zərəri 2021-ci ilin ilk yarısında 7,5 milyard dollar təşkil edib. Neftin qiymətinin 75 dollarda qalması vəziyyətində zərərin il sonunda 20 milyard dollara yüksələcəyi gözlənilir. Bir çox mütəxəssis itkinin daha yüksək ola biləcəyini də qeyd edir.
Bu vəziyyət yüksələn qiymətlər qarşısında OPEC-in əlini rahatlaşdırır. Mövcud müqavilələr ABŞ-lı istehsalçıların aşağı qiymətlə neft satmasına səbəb olur. Buna görə, OPEC yüksək qiymətlərin ABŞ-da istehsal partlayışına gətirib çıxaracağından narahat deyil.
Ötən həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri arasında yaşanan anlaşılmazlıq nəticəsində OPEC+ istehsalı artırmaq qərarı qəbul edə bilməmişdir. Yığıncağın ardından neftin qiyməti 77 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























