Çindən Boeing və Airbus-a yeni rəqib gəlir - 72 MİLYARD DOLLAR
Növbəti 20 ildə Asiya nəhəngi 8600 yeni təyyarə alacaq.Çin dövlətinin dəstəklədiyi yerli aviasiya istehsalçısı COMAC 10 illik hazırlıq və təkmilləşmə prosesindən sonra bazara çıxır.
Marja Financial Times-a istinadən xəbər verir ki, şirkət darfüzelyajlı modeli C919-u cari ilin sonuna kimi istifadəyə verəcəyini bildirib. Artıq Çin bazarından 1000 ədəd sifariş də olunub.
COMAC-ın bu həmləsi 2008-ci ildən bəri Çin hökumətinin yerli təyyarə istehsalına dair tədbirlərinin məntiqi nəticəsidir. ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, son 10 ildə Çin hökuməti bu sahəyə 72 milyard dollarlıq maliyyə dəstəyi verib.
C919 Airbusun yeni A320 modelləri və Boeingin 737 seriyası ilə hələlik yanacaq sərfiyyatı və qət etdiyi məsafəyə görə başabaş rəqabət apara bilməsə də, dünyanın ən iri bazarı olan Çinin ehtiyaclarını qarşılaya və ənənəvi aviasiya liderlərinin bu ölkəyə satışlarını cidid şəkildə azalda bilər. Boeing növbəti 20 il ərzində Çində 8600 yeni təyarənin alınacağını proqnozlaşdırır.
Qlobal bazara çıxmaq üçün isə C919 ABŞ Federal Aviasiya İdarəsi və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi kimi qurumların mürəkkəb sertifikat və təsdiq prosesini keçməlidir. Deməli, yaxın illərdə beynəlxalq hava limanlarında hələlik Çin istehsalı olan təyyarələr görə bilməyəcəyik...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















