Daha bir mərkəzi bank "yaşıllaşır"
Macarıstan Mərkəzi Bankı, "yaşıl" maliyyə strategiyası ilə əlaqədar bir yığıncaq təşkil edərək "yaşıl ipoteka" (mortgage) sertifikatı alışına başlayacağını bildirib.
Marja xəbər verir ki, Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Virag, mərkəzi bankın yaşıl maliyyə strategiyası ilə əlaqədar keçirilən birifinqdə 2021-ci ildə "yaşıl ipoteka" sertifikatı alışına başlayacağını söyləyib.
Yaşıl maliyyə planının sərt pul siyasətinə təsir etməyəcəyini qeyd edən Virag, 200 milyard Macar forinti məbləğində yaşıl ipoteka sertifikatı alacaqlarını bildirib.
"Yaşıl Ev Proqramı" çərçivəsində banklara 0 faizlə maliyyə təmin ediləcəyini ifadə edən mərkəzi bank, bankların əhaliyə sabit 2,5% faizlə kredit verməsini planlaşdırır. Proqrama daxil olan borcalanlar 25 ilədək 70 milyon forintə qədər borclana biləcəklər.
Qeyd edək ki, Yaponya Mərkəzi Bankının sədri Haruhiko Kuroda cümə günü bankın pul siyasəti müzakirələrində iqlim dəyişikliyinin nəzərə alınacağını bildirmişdi. İqlim dəyişikliyiylə əhəmiyyətli dərəcədə maraqlandıqlarını ifadə edən Kuroda, "Təbii olaraq, pul siyasətləri müzakirələrində bu problemə qarşı necə bir cavab verməliyik mövzusu danışılan başlıqlardan biri olacaq" demişdi.
İqlim dəyişikliyi maliyyə sistemi üçün də müxtəlif risklər yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























