“ExxonMobil” 22,4 milyard zərərlə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti oldu
Baş qərargahı Texas ştatının İrving şəhərində yerləşən və ABŞ-ın ən tanınmış neft-qaz şirkəti “Exxon Mobil Corporation” (ExxonMobil) 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti olub.
Şirkətin mediaya hesabatlarına görə, “ExxonMobil” 2020-ci ili 22,4 milyard dollar zərərlə başa vurub.
Bu, şirkətin 1998-ci ildən bu yana ilk maliyyə itkisi kimi dəyərləndirilib. “ExxonMobil” 2019-cu ildə əldə etdiyi 14,3 milyard dollar mənfəətə qarşı, 2020-ci ilin bütün rübləri üzrə zərərlə işləyib.
Bildirilib ki, il boyu şirkət ən böyük maliyyə itkisi ilə 2020-ci ilin dördüncü rübündə qarşılaşıb. Təkcə ötən ilin son üç ayı ərzində şirkət 20 milyard dollar civarında maliyyə itkisi ilə üzləşib.
Şirkətin icraçı direktoru Darren Vuds 2020-ci ili “ExxonMobil” üçün ən çətin bazar şərtləri təqdim edən il kimi dəyərləndirib.
Qeyd edək ki, 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər arasında “ExxonMobil” ilə yanaşı BP və “Royal Dutch Shell” şirkətlərinin də adı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























