Çinlilər Böyük Britaniyanın ən iri çip zavodunu alır - “su qiymətinə”...
Amerikada isə belə zavod 10 qat bahadır.Niderlandda qurulmuş, lakin 100% Çinin Wingtech Technology şirkətinə məxsus çip istehsalçısı Nexperia Böyük Britaniyanın ən iri çip zavodunu alır.
Marja Britaniya mətbuatına istinadla xəbər verir ki, Cənubi Uelsdə, Newportda yerləşən zavod üçün Çinlilər 63 milyon funt (87 milyon dollar) ödəyəcək.
Bir sıra ingilis siyasətçiləri və iqtisadi ekspertlər hökumətə müraciət edərək, zavodun bazar qiymətindən çox aşağı təklif olunduğunu bildirib və sövdələşməyə icazə verilməməsini xahiş edib. Müqayisə üçün qeyd edək ki, Texas Instruments şirkəti ötən həftə ABŞ-ın Yuta ştatındakı boş Mikron zavoduna bundan təxminən 10 dəfə baha qiymət - 900 milyon dollar təklif edib.
Qiymətin belə ucuz olmasının səbəbi zavodun 40 milyon funta (55,2 milyon dollar) qədər borcu (o cümlədən HSBC bankına 20 milyon funt) olmasıdır. Çin şirkəti bu fürsətdən yararlanıb sövdələşməni rəsmiləşdirə bilsə, hazırda davam edən qlobal çip böhranı fonunda ciddi bazar payı qazanacaq. Xatırladaq ki, ən iri qlobal çip istehsalçıları Tayvanın TSMC, Cənubi Koreyanın Samsung və Çinin SMIC şirkətləridir. ABŞ-da isə bu sahədə Intel liderlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
-
31 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 33 d. əvvəl
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
4 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"



























