Neft ixrac edən ölkələrin danışıqları yenə nəticəsiz qaldı
Neft ixrac edən ölkələrin (OPEC +) cümə günü danışıqları da bir fikir birliyi ilə sona çatmayıb. OPEC + ölkələrinin nazirlər toplantısı cümə axşamı günü də nəticəsiz başa çatmışdı.
Marja xəbər verir ki, danışıqlarda iştirak edən mənbələrin verdiyi məlumata görə, ölkələrin nazirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyini müzakirə etmək üçün bir neçə gün fasiləyə çıxıblar.
Onlardan birinin dediyinə görə, danışıqların beşinci saatından sonra Rusiya BƏƏ-nə vəziyyəti düşünmək və sonra məsləhətləşmələrə qayıtmaq üçün bir-iki gün vaxt verməyi təklif edib. Hər kəs bu təklifi dəstəkləyib.
Qeyd edək ki, BƏƏ-nin mövqeyi OPEC +də razılaşmaların əldə olunmasına maneə olur. Nazir Suheil al-Mazroui, müqavilə şərtlərinə görə, ölkə üçün neft hasilatının baza səviyyəsinin 3,2 milyon bareldən 3,8 milyonadək artırılmasını israr edir. Bu, BƏƏ-nin bu ilin sonunadək neft hasilatını əlavə 0,6 milyon barel artmasına imkan verəcəkdir.
OPEC + ölkələrinin nazirlər toplantısı 5 iyul bazar ertəsi, Bakı vaxtı ilə 17: 00-da davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 36 d. əvvəl
-
57 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















