SOCAR-ın Azərbaycanda gəliri artıb
2020-ci ildə SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrdən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gəlirləri artıb, İsveçrə, Türkiyə və Gürcüstanda azalıb.
Marja SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkət 2020-ci ildə əldə etdiyi 49 milyard 607 milyon manat cəmi gəlirin 61,4%-ni İsveçrədə qazanıb. Bu nisbət 2019-cu ildə 76% idi. Belə ki, SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat cəmi gəlirin 63 milyard 735 milyon manatını İsveçrədə qazanmışdı.
2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanın ən iri şirkətinin İsveçrə-də gəlirləri 2,1 dəfə azalaraq 30 milyard 478 milyon manata, Türkiyədə gəlirləri 18,7% azalaraq 7 milyard 618 milyon manata, Gürcüstanda gəlirləri isə 10,8% azalaraq 1 milyard 45 milyon manata düşüb. Şirkətin Azərbaycanda gəlirləri 2,7% artaraq 6 milyard 311 milyon manata, Birləşmiş Ərəb Əmirliklərində gəliri 29% artaraq 2 milyard 223 milyon manata, digər ölkələrdə gəliri 20,6% artaraq 1 milyard 932 milyon manata yüksəlib.
Gəlirlərin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib. Şirkət fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə pandemiyanın iqtisadi təsirlərinə məruz qalıb.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















