OPEC + danışıqları skandalla bitdi - RAZILAŞMA OLMADI
Cümə axşamı OPEC +un neft hasilatı ilə bağlı danışıqlar gözlənilmədən razılaşma olmadan başa çatıb.
Marja xəbər verir ki, "qara qızıl" ixrac edən 23 ölkənin nümayəndə heyəti ilin ikinci yarısında hasilatın neçə barel artırılması barədə razılığa gələ bilməyib və nazirlərin iştirakı ilə iclas təxirə salınıb. OPEC Katibliyi son qərarı verən nazirlərin monitorinq komitəsinin 2 İyul Cümə günü yenidən toplanacağını təsdiqləyib.
Razılaşmanın olmamasına Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi səbəb olub. Rusiya və Səudiyyə Ərəbistanı, Çərşənbə günü keçirilən ikitərəfli məsləhətləşmələrdən sonra hasilatın avqustdan dekabr ayına qədər cəmi 2 milyon barel artırılmasını təklif etdilər. Moskva və Riyad hər ay bazara gündə 400.000 barel əlavə neft təklif edərək OPEC +un dördüncü rüb üçün gündəlik 2,3 milyon barel hesabladığı neft kəsirini ödəməyi ümid edirdilər.
Ancaq BƏƏ və digər bir sıra ölkələr istehsalın artırılması üzrə kvota ilə razılaşmayıblar və yenidən baxılmasını xahiş ediblər.
BƏƏ hasilatın cəmi 3.2 milyon barel artırılmasını istəyir. İstehsalın kəskin şəkildə artırılması yığıncaqda rədd edilib, lakin BƏƏ heyəti bunun prinsipial bir məsələ olduğunu israr etməyə davam edib.
Qazaxıstan da, kvotası ilə də razılaşmayan qrupuna qoşulub.
Nəticəsin yığıncaqdan sonra neft qiymətləri cüzi geriləyib. Neft bazarları bu gün davam edəcək yığıncağa fokuslanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























