“Nizami ili”ndə “Nizami Boutique House” kompleksi satışa çıxarıldı
Siz də “Nizami ili”ndə “Nizami Boutique House”da mənzil sahibi ola bilərsinizDahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan olunan “Nizami ili”ndə şairin adını daşıyan premium yaşayış binasında mənzillər satışa çıxarılıb.
Ölkənin nüfuzlu ictimai və dövlət xadimlərinə təqdimatı edilən butik yaşayış binası onlar tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb.
Unikal yerləşməsi və hər mənzilinin fərqli plana sahib olması ilə seçilən Nizami Boutique House sakinlərinin yüksək statusunu əks etdirən premium yaşayış binasıdır. Tarixi ərazidə yerləşən bu müasir binanın hər mənzili özəldir. Bu isə hər bir sakinin bizim üçün xüsusi olduğunu vurğulamaq üçün nəzərdə tutulub.
Nizami Boutique House şəhərin əsas mərkəzi küçələrindən biri olan Nizami küçəsində yerləşməklə bir çox mühüm obyektlərin yaxınlığındadır. Bina Nəriman Nərimanov heykəli, İçərişəhər, Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin sadəcə bir neçə addımlığındadır. Bundan əlavə, Bakı Mərkəzi Parkı, Axundov bağı, Filarmoniya bağı kimi istirahət məkanları, 2 saylı Texniki Humanitar lisey, 132-134 nömrəli məktəblər, Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri də binanın yaxınlığında yerləşir.
Bina sakinləri Bakının və Xəzər dənizinin möhtəşəm mənzərəsini elə öz eyvanlarından seyr edə biləcəklər. Bundan əlavə binaya daxil olduqları andan onları qarşılayan geniş lobbi və resepşn xidməti, mühüm görüşlər keçirə biləcəkləri toplantı otağı, asudə zamanlarını keçirəcəkləri istirahət otağı və fitnes mərkəzi kimi üstünlüklərlə sakinlər premium həyatın fərqini hiss edəcəklər. Həmçinin binanın yeraltı parkinqi, 24/7 mühafizə xidməti, uşaq-əyləncə otağı sakinlərin rahatlığına xidmət edəcək.
İdarəetməsi və satışı PMD Group tərəfindən həyata keçirilən “Nizami Boutique House” premium yaşayış binasında mənzilləri həm nağd, həm də daxili hissə-hissə ödənişlə əldə edə bilərsiniz.
Siz də “Nizami ili”ndə “Nizami Boutique House”da mənzil sahibi olun.
Ətraflı məlumat üçün *5775 nömrəsi ilə əlaqə saxlayın.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























