ABŞ-da mənzil qiymətlərində 33 ilin ən sürətli artımı
ABŞ-da mənzil qiymətləri baxımından göstərici kimi qəbul edilən "S&P CoreLogic Case-Shiller" indeksi Aprel ayında 14,6% artaraq 1988-ci ildən bu yana ən yüksək artımı qeyd edib.Dünyanın müxtəlif yerlərindən verilən mənzil qiymətlərinə dair göstəricilər bazarın "qızdığına" işarə etməyə davam edir.
Marja xəbər verir ki, Böyük Britaniyanın ardından ABŞ-dan gələn məlumatlar da mənzil qiymətlərində sürətli artımların davam etdiyini göstərib.
ABŞ-da "S&P CoreLogic Case-Shiller" indeksi Apreldə illik 14,6% artıb. Bu artım 1988-ci ildən bu yana ən sürətli illik artımdır. Mart ayında indeksdə 13,2%-lik artım yaşanmışdı.
Aşağı kredit faizləri, şəhərətrafı evlərə artan tələb və mənzil təklifinin azalması qiymətlərin yüksəlməsinə səbəb olur.
Birləşmiş Krallıqda da mənzil qiymətlərində son 17 ilin ən sürətli artımı qeydə alınıb. "Nationwide Building Society"nin məlumatlarına görə, ölkədə mənzil qiymətləri İyunda illik olaraq 13,4% artıb. Mənzil qiymətlərində 2004-cü ilin Noyabr ayından bu yana ən sürətli artım baş verib. Ölkədə mənzillərin orta hesabla qiyməti 254 min sterlinq səviyyəsini aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























