“PAŞA Bank” kreditin faiz dərəcəsini endirdi
“PAŞA Bank”ın girovsuz “Onlayn biznes kreditləri” ilə kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışı daha rahat və sərfəli olub!(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, real sektorun dəstəkçisi qismində fəaliyyətini davam etdirir.
Bank, bizneslərin dayanıqlı inkişafına töhfə vermək məqsədilə girovsuz təqdim edilən “Onlayn biznes krediti”nin illik faiz dərəcəsini endirib.
Belə ki, sahibkarlar 250 000 AZN-dək onlayn biznes kreditlərini 11%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərlər.
“PAŞA Bank”, sahibkarların ehtiyaclarını daim nəzərə alan, rəqəmsal həllər təqdim edərək biznes kreditini girovsuz və tamamilə onlayn şəkildə istifadəyə verən yeganə bankdır. “Onlayn biznes krediti” ölkədəki bizneslərin maliyyə resurslarından istifadə imkanlarının genişləndirilməsinə yönəlib.
Kredit üzrə müraciətlər 24/7 rejimində qəbul olunur. Müştərilər, bütün sənəd və məlumatları təqdim etdikdən sonra cəmi bir neçə saat ərzində qərarı əldə edir. “PAŞA Bank” müştərisi olmayan sahibkarlar da bu kreditləri əldə etmək üçün müraciət ünvanlaya bilər. İlk öncə sahibkar hesab açmadan müraciəti tamamlayır. Bankdan müsbət qərar əldə etdikdən sonra isə müraciəti təsdiqləyir və onlayn hesab açır. Sonda vəsait müştərinin bu hesabına köçürülür.
Xatırladaq ki, “PAŞA Bank”ın “Onlayn biznes krediti” məhsulu beynəlxalq ekspertlər cəmiyyəti tərəfindən tanınıb və bir neçə nüfuzlu mükafata layiq görülüb. Belə ki, “EMEA Finance” jurnalı “Europe Banking Awards 2020”nin nəticələrinə əsasən bu məhsulu Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" kimi fərqləndirib. Eyni zamanda, “Onlayn biznes kredit” məhsulu “SME Banking Club” təşkilatı tərəfindən üç ən yaxşı kredit məhsulundan biri seçilib.
Müraciət üçün: https://bit.ly/2UCqEoI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)





.jpg)





