Petkim, SOCAR-a borcunu qaytarmağı təxirə saldı
"Petkim" şirkəti, "SOCAR Türkiyə" şirkətinə üçüncü tranş ödəməsini 2021-ci ilə təxirə salıb."Petkim" şirkəti, "SOCAR Türkiyə" şirkəti ilə bağladığı 720 milyon dollar məbləğindəki səhm alqı-satqısı müqaviləsi çərçivəsində iyun sonuna olan üçüncü tranş ödəmənin, pandemiya və bazar şərtlərilə əlaqədar olaraq 6 ay uzadılmasına qərar verildiyini açıqlayıb.
Marja xəbər verir ki, "Petkim" şirkətinin açıqlamasında deyilir: "Bütün dünyada təsirini davam etdirən pandemiya və bazarlarda yaşanan mənfi proseslər ilə əlaqədar olaraq, borcun bağlanması tarixinin ən geci 03.01.2022-ci il tarixinə qədər təxirə salınmasının uyğun olacağı qiymətləndirilmişdir. "SOCAR Türkiyə" ilə razılaşma təmin edilərək müqaviləyə bu barədə dəyişiklik edilmişdir".
"Petkim" şirkəti (Petkim Petrokimya Holding AŞ), "Star" neft emalı zavodunu tikmiş "STAR Rafineri AŞ"nin səhmdarı olan "SOCAR Türkiye Enerji" şirkətində (STEAŞ) "Rafineri Holding"in 30% payını 720 milyon dollara satın alıb və satınalma nəticəsində dolayı yolla "Star"da 18% paya sahib olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























