Panasonic Tesladan “canını qurtarır”
30 milyona aldığı səhmləri 100 qat bahasına satıb...Yaponiyanın ən iri texnoloji şirkətlərindən olan Panasonic Korporasiyası elektromobil bazarının lideri Teslada malik olduğu səhmləri 3,6 milyard dollara, yəni ilkin alış qiymətindən təxminən 100 dəfədən çox bahasına satıb.
Marja xəbər verir ki, şirkət rəsmiləri bugünkü açıqlamalarında əldə etdikləri gəliri yeni sahələrin inkişafına yönəldəcəklərini bildiriblər.
Xatırladaq ki, Panasonic 2010-cu ildə Tesla şirkətinin 1,4 milyon ədəd səhmini cəmi 30 milyon dollara almışdı (1 səhm 21,15 dollara). Keçən ilin martında dəyəri 730 milyon dollar təşkil edən həmin səhmlər son 1 ildə 5 dəfə bahalaşıb. Hazırda 1 səhmin qiyməti 680 dollardır.
Tesla əvvəllər elektrikli avtomobilləri üçün Panasonicdən aldığı batareyaların çoxunu indi özü istehsal edir. Həmçinin Cənubi Koreyanın LG və Çinin CATL şirkətləri ilə yeni təchizat müqavilələri imzalanıb. Panasonic rəsmiləri Tesla ilə əməkdaşlığın davam etdiriləcəyini bildirsələr də, bu iki nəhəngin yollarının tezliklə tamamilə ayrılması reallıqdır.
XXX
Yaponiyanın texnologiya şirkəti Panasonic, elektromobil istehsalçısı Tesla-dakı payının hamısını satıb.
Marja xəbər verir ki, 2020-ci ilin Mart ayında əlində 730 milyon dollar məbləğində Tesla səhmləri olduğunu açıqlamış Panasonic, Tesla səhmlərinin son 12 ayda az qala 5 dəfə dəyər qazanmasının ardından 2021-ci ilin Mart ayında bu səhmlərin hamısını satıb.
Panasonic-in bu satışdan 3,6 milyard dollar ətrafında gəlir əldə etdiyi təxmin edilir.
Nikkei qəzetinin xəbərinə görə, Panasonic əldə etdiyi vəsaiti süni zəka proqramı inkişaf etdirən "Blue Yonder" şirkətini 7 milyard dollara satın almaq üçün istifadə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























