Cənubi Koreya 12 min şəxsin Bitkoininə “əl qoyub”
Ölkə tarixində ən iri vergi araşdırması - 140 min şəxsin hesabları yoxlanılır...Cənubi Koreya hökuməti aylarla davam edən vergi araşdırmaları nəticəsində 12 min şəxsə məxsus 53 milyard Von (47 milyon dollar) dəyərində kriptovalyutanı müsadirə edib.
Marja xəbər verir ki, hələ də 140 min şəxsin hesabları vergidən yayınma ittihamı əsasında araşdırılır.
Rəsmilər vergidən yayınmaqda şübhəli bilinən şəxslərin 60 müxtəlif birjada qeydiyyatdan keçmək üçün istifadə etdikləri mobil telefon nömrələri vasitəsilə milyonlarla dollar vəsaitin izinə düşüblər. Araşdırma nəticəsində maraqlı məqamlar üzə çıxıb: 20 milyon Vonluq vergi borcu olan məşhur televiziya aparıcısının 500 milyon Von dəyərində etheri, 30 villaya sahib olub, 30 milyon Vonluq vergi borcu ödəməyən əmlak kralının 1,1 milyard Vonluq, 17 milyon Von vergi borcunu ödəməyən bir həkimin isə 2,8 milyard Vonluq Bitkoini var imiş...
Hökumət rəsmiləri araşdırmaların hələ davam etdiyini, vergi borcunu könüllü ödəmədikləri təqdirdə, hələ çox kriptovalyuta sahibini də eyni aqibət gözlədiyini bildiriblər.
Xatırladaq ki, son aylarda bir sıra dövlətlərin kriptovalyuta bazarına qarşı sərt siyasəti nəticəsində əksər kriptovalyutalar, o cümlədən Bitkoin 50%-ə qədər dəyər itirib. Apreldə rekord 64 min dollara çıxan Bitkoin dünən 29 min dollara qədər ucuzlaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























