Rusiya neft istehsalının artırılması üçün təklifər hazırlayır
Rusiya neft istehsalının artırılması üçün təkliflər hazırlayır.
Marja "Bloomberg News"a istinadən xəbər verir ki, Rusiya, 1 İyulda keçiriləcək OPEC+ yığıncağındaa neft istehsalının artırılmasını təklif etməyi düşünür.
Mövzu ilə əlaqədar məlumata malik olan mənbələrə görə, hasilatın artırılmasını planlaşdırsa da, Rusiya qlobal neft istehsalı kəsirinin orta müddətdə davam edəcəyini gözləyir.
Beynəlxalq Enerji Agentliyi İyun ayının əvvəlində OPEC+ ölkələrinə ihasilatı artıraraq bazardakı tələbi yaxşı bir şəkildə qarşılamaları lazım olduğu barədə xəbərdarlıq etmişdi. Qlobal investisiya bankı "Goldman Sachs" isə bazarda gündəlik 3 milyon barelə yaxın bir kəsir yaranacağını gözləyir.
Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Selman, daha çox istehsal üçün qərar vermədən əvvəl neft bazarında yaxşılaşmanın həqiqətən qüvvətli olduğuna dair dəqiq sübut görmək istədiyini bildirib.
Səudiyyə Ərəbistanının əksinə Rusiya istehsalın artırılmasının tərəfdarıdır. Ölkədəki ən böyük neft istehsalçılarından biri bu ay OPEC+un istehsalı artırması lazım olduğunu söyləmişdi. Rusiya Baş nazirinin müavini Aleksandr Novak çərşənbə axşamı günü ölkədəki böyük neft istehsalçıları ilə görüşərək bazarın vəziyyətini danışacaq.
Qeyd edək ki, bu gün Brent neftinin qiyməti 75 dolları aşsa da, sonradan bir qədər geriləyərək 74 dollar səviyyələrinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























