BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar
(®️) Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və Mall-ların fəaliyyəti uzun sürən fasilədən sonra qismən bərpa edilib. Bu münasibətlə ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri alış-veriş zamanı bir sıra üstünlüklərdən bəhrələnə biləcəklər.
Belə ki, 31 iyul 2021-ci il tarixinədək BirKart sahibləri Bakı şəhərində olan Nargiz Mall, Port Baku Mall, 28 Mall, Ganjlik Mall, Metropark, Deniz Mall, Park Bulvar AVM, Nizami Mall, Gəncədəki Gəncə Mall, Tağıyev Mall, Xəmsə Mall və Naxçıvanda fəaliyyət göstərən Cahan AVM-də olan partnyor mağazalarda taksitlə alış-veriş etdikdə 5% keşbek, 3 qat Mil və ya 5% Umico Bonusu qazanacaqlar. Bir taksit əməliyyatı üzrə qazanıla bilən maksimal keşbek məbləği 50 AZN-dir. Hər BirKart ilə kampaniyadan maksimum 5 dəfə yararlanmaq mümkündür. Kampaniya haqqında daha ətraflı – www.kbl.az/bkmlcm.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 d. əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 28 d. əvvəl
- 41 d. əvvəl
-
44 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
14 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
İranda dolların qiymətində yeni rekord
Ən çox oxunanlar
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib





















