Dünyanın ən bahalı şəhəri.... yox, nə Tokio deyil, nə Moskva, nə də Sürix!
İlk 10-luqda sürpriz isimlər var...Dünyanın ən iri konsaltinq və aktivlərin idarə edilməsi şirkətlərindən biri, 130 ölkədə 20 min əməkdaşı olan Mercer əcnəbi işçilər üçün ən bahalı və ən ucuz şəhərləri göstərən “Cost of Living” (Yaşam Xərci) adlı sorğu keçirib.
Marja xəbər verir ki, 209 şəhərin siyahısında doğma Bakımız da var.
Siyahıda 2020-ci illə müqayisədə maraqlı dəyişikliklər var. Ötən il 45-ci olan Livanın paytaxtı Beyrut bu il kifayət qədər yüksələrək, 3-cü ən bahalı şəhər adını qazanıb. Səbəb ölkədəki iqtisadi tənəzzül, pandemiya və siyasi risklərdir. Avstraliya və Avropa şəhərləri də yuxarıya doğru ən çox yerini dəyişib. Nyu-York 10 ən bahalı şəhər siyahısından çıxıb, ötən il 21-ci olan Moskva bu il 62-ci, 59-cu olan Sankt-Peterburq isə mövqeyini 60 pillə itirərək, 119-cu yerə düşüb.
Siyahıda birinci yeri isə ötən il 2-ci olan Türkmənistann paytaxtı Aşqabad tutub. Ərzaq çatışmazlığı və hiperinflyasiya bu mövqeyə təsir göstərib. Sıyahıda paytaxtımız Bakı 172-ci yerlə (mövqe dəyişməyib) İstanbulu qabaqlayıb (173, azalma 17 yer).
Ən ucuz şəhərlər Bişkek (209), Lusaka (208) və Tbilisidir (207).
İlk 10-luğun siyahısı (ən bahalı şəhərlər):
Aşqabat (Türkmənistan, +1);
Honkonq (Çin, -1);
Beyrut (Livan, +42);
Tokio (Yaponya, -1);
Sürix (İsveçrə, -1);
Şanxay (Çin, +1);
Sinqapur (Sinqapur, -2);
Cenevrə (İsveçrə, +1);
Pekin (Çin, +1);
Bern (İsveçrə, -2)
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























