100 mindən çox Azercell abunəçisinə 5GB aylıq internet paketi hədiyyə olunub
Şirkət 4G dəstəkləyən SİM kartları pulsuz təqdim edir(®️) Azercell-in 5GB aylıq internet paketi qazandıran kampaniyası davam edir. Ötən ilin oktyabrında başlayan kampaniya çərçivəsində artıq 100 mindən çox Azercell abunəçisinin SİM kartı dəyişdirilib. Onların hər birinə ödənişsiz əsaslarla 4G-ni dəstəkləyən yeni SİM kartla yanaşı, 5Gb aylıq internet paketi də hədiyyə olunub.
Müasir dövrün çağırışları istənilən sahədə (bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s.) yüksək texnologiyalardan istifadəni zəruri edir. Hazırda Azercell-in 4G şəbəkəsi ilə 240 mbit/san qədər endirmə, 95 mbit/san qədər isə yükləmə sürəti əldə olunur. Azercell-in 4G texnologiyası abunəçilərin mobil TV, videokonfrans, onlayn oyun, müxtəlif proqramlardan daha rahat istifadəsinə və kəsintisiz səsli zənglər etməsinə, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləməsinə, bu faylları daha tez yükləyib ötürməsinə şərait yaradır.
4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir. SİM kartın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərmək kifayətdir. Əgər SİM kart bu texnologiyanı dəstəkləmirsə, istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq ödənişsiz əsaslarla nömrənin 4G dəstəkləyən dublikatını əldə etmək və birdəfəlik bonus şəklində 5Gb aylıq internet paketi qazanmaq mümkündür. Qeyd edək ki, kampaniya yalnız 4G şəbəkəsini dəstəkləməyən SİM karta sahib olan abunəçilərə şamil olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























