“Qırmızı şeytanlar” beşqat zərər edib, əvəzində yeni sponsor tapıb
Növbəti mövsümdən proqramçılar “qırmızı şeytanlara” pul buraxacaq....İngiltərənin ən titullu futbol klublarından biri olan Mançester Yunayted 2021-ci ilin 1-ci rübündə 21,6 milyon funt (30 milyon dollar) zərər edib.
Marja xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayılan press-relizdə bildirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirləri 4,4% azalan “qırmızı şeytanlar”ın zərəri isə 5 dəfədən çox artıb.
Xalis borclar da 3,4% artaraq, 443,5 milyon funta çatıb. Pandemiyanın yaratdığı çətinliklərdən əziyyət çəkən və bir mövsümü azarkeşsiz oynayan klub bu il üzrə gəlir-xərc barədə heç bir proqnoz verməyib.
Əvəzində bu mövsümdən başlayaraq, Mançester Yunayted futbolçularının köynəklərində “Chevrolet” əvəzinə yeni sponsor “TeamViewer”in adının yazılacağı bildirilib. Xatırladaq ki, məsafədən internet proqram həllərini təklif edən qlobal şirkət bu ilin martında Mançester Yunaytedlə 5 il müddətinə 235 milyon funt-sterlinq məbləğində sponsorluq müqaviləsi imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























