Dünyanın 3-cü ən iri brilyantı tapılıb
Yenə Afrika, yenə Botsvana!Afrikanın ən böyük brilyant istehsal edən ölkəsi olan Botsvana yeni rekorda yaxındır. Marja xəbər verir ki, brilyant hasilat şirkəti Debswana iki həftə öncə çıxardığı 1098 karat çəkisi olan qiymətli daşı ölkə prezidenti Mokgwetsi Masisi-yə təqdim edib.
Uzunluğu 73 mm, eni 52 mm, qalınlığı isə 27 mm olan nəhəng brilyant dünyanın indiyə qədər tapılmış üçüncü ən iri təbii brilyantı hesab oluna bilər. İndiyə qədər aşkar edilmiş ən iri təbii brilyant - 3106 karat olan Cullinan 1905-ci ildə Cənubi Afrikada, ikinci ən böyük brilyant - 1109 karatlıq Lesedi La Rona isə 2015-ci ildə elə Botsvananın özündə çıxarılıb.
“Bu, Debswana-nın 50 illik əməliyyat tarixində aşkar edilmiş ən böyük brilyantdır.” - şirkətin icraçı direktoru Linette Armstronq bildirib - “İlkin qiymətləndirməmiz hazırkı qiymətli daşın dünyanın üçüncü ən iri brilyantı olduğunu göstərir.”
Debswana hökumət və dünyanın brilyant nəhəngi De Beers arasında yaradılmış birgə müəssisədir və satışlardan əldə olunan gəlirin 80%-ə qədəri dividend, royalti və vergilər şəklində dövlət büdcəsinə gedir. Şirkət yeni tapılmış brilyanta hələ ad verilmədiyini və satışı barədə yekun qərar olmadığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























