Türkiyənin iri qida şirkəti ABŞ şirkətinə satıldı
"Kibar Holding", Türkiyənin ən böyük ketçap, mayonez və sous istehsalçısı "Assan Gida"nın ABŞ şirkəti "The Kraft Heinz"ə satılması üçün müqavilə imzalayıb. ABŞ şirkəti "Assan Gida" üçün 100 milyon dollar ödəyəcəyini açıqlayıb. 2015-ci ildə "Kraft" və "Heinz"in birləşməsi ilə qurulan ABŞ şirkəti, keçən il dünya bazarında 26 milyard dollarlıq dövriyyəsi ilə dünyanın ən yaxşı 5 ərzaq şirkəti arasında yer alır.ABŞ şirkəti "Kraft Heinz" "Assan Foods" şirkətini Türkiyənin "Kibar Holding"dən təxminən 100 milyon dollara satın alır.
Marja xəbər verir ki, "Kraft Heinz"in yaydığı açıqlamada razılaşmanın 2021-in ikinci yarısında tamamlanması gözlənilir.
"Kingtom", "Colorado", "Oba" kimi markaların sahibi olan "Assan Foods"un təxminən 400 işçisi var.
"Assan Foods" "Kibar Holding’" tərəfindən 1998-ci ildə, sous istehsalında istifadə edilən sənaye pomidorunun ən çox yetişdirildiyi bölgə olan Karacabey düzənliyinin yanında, Susurlukda qurulub. Sektora ilk olaraq pomidor emalı və pomidor sousu istehsalı ilə addım atan şirkət 2000-ci ildə ketçap, 2002-ci ildə mayonez və sous növləri istehsalına başlayıb.
Şirkətin portfelində pomidor və bibər sousu, ketçap, mayonez və müxtəlif souslar olmaqla 300-dən çox məhsul var.
2013-ci ilin fevral ayında tanınmış iş adamı Warren Buffett və "3G Capital" şirkəti, ketçupu ilə məşhur olan "Heinz"i 23 milyard dollara satın almış və şirkət 2 il sonra "Kraft" ilə birləşərək "The Kraft Heinz Co." adını almışdır. Bütün dünyada 40 minə yaxın işçisi olan "Kraft Heinz", keçən ili 26 milyard dollarlıq satışı ilə bağlayıb. ABŞ şirkəti eyni zamanda dünyanın 5-ci ən böyük qida və içki şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























