AZAL-a çağırış -"Xidmətlərin tariflərini ədalətli edin"
"AmCham Azerbaijan" Azərbaycan hökumətini daha çox xarici hava nəqliyyatı şirkətlərini cəlb edərək onları Bakıya və Azərbaycanın digər şəhərlərinə uçuş həyata keçirməyə stimullaşdırmaq üçün tədbirlər görməyə çağırır.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.
Bildirilir ki, Azərbaycanın, xüsusən də Bakının hava limanlarının təklif etdiyi xidmət şərtləri və tarifləri xarici hava nəqliyyatı şirkətlərinin həvəsləndirməlidir. Bununla bağlı sənəddə tariflər, hava qovşaqları, loukoster aviaşirkətlər və regional hava limanının icarəyə verilməsi ilə bağlı tövsiyələr var.
Tariflərə gəldikdə, qeyd olunur ki, hava limanında xidmət tariflərini hava nəqliyyatı bazarını azad və ədalətli olmağa stimullaşdıracaq səviyyədə müəyyən etmək lazımdır. Bundan əlavə, Avropa İttifaqı ölkələri üçün vizasız rejimin tətbiqindən sonra AZAL və xarici şirkətlərin Avropanın müxtəlif ölkələrinə müntəzəm uçuşları həyata keçirməyi təmin edilməsi tövsiyə olunur.
AZAL tərəfindən əhatə olunmayan istiqamətlərdə uçuş həyata keçirən loukoster aviaşirkətlər üçün əlverişli hava limanı tarifləri tətbiq etmək təklif olunur: "Bizim fikrimizcə, Azərbaycana əlverişli qiymətlərlə hava nəqliyyatı təklif olunduğu təqdirdə ölkəyə cəlb olunacaq gənc səyahətçilər Azərbaycanda 3 və 4 ulduzlu mehmanxanaların müştəri tələbatlarını ödəyəcəklər. Bu tədbir hostellərin və qonaq evlərinin, eləcə də restoranların, suvenir istehsalçıları kimi digər kiçik bizneslərə müsbət təsir göstərəcək və onların inkişafını sürətləndirəcək, həmçinin, Azərbaycanın kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq", - "Ağ Sənəd"də deyilir.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















