G-20 ölkələrinin ÜDM-i pandemiyadan əvvəki səviyyəyə qayıdır
Artım 0,8% təşkil edib, Çin hamını qabaqlayıb.Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bugün G20 ölkələr qrupunun cari ilin birinci rübünə dair ÜDM göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, ÜDM artımı 2020-ci ilin son rübü ilə müqayisədə 0,8%, ötən ilin müvafiq dövrünə nisbətən isə 3,4% təşkil edib.
Nəticələr G20 ölkələrinin ÜDM-nin pandemiyadan öncəki səviyyəyə qayıtdığını göstərir. Çin ən yüksək illik artım (18,3%) göstərdiyi halda, Böyük Britaniya iqtisadiyyatının həcmi ən çox kiçilən ölkə olub (-6,1%).
Hindistan, Türkiyə və Çin ÜDM səviyyələrini pandemiyadan əvvəlki dövrə qaytara bilən ilk ölkələr sırasındadır. Artıq 2021-ci ilin birinci rübündə bu nəticəni əldə edən üçlükdə ÜDM artımı müvafiq olaraq 2,1%, 1,7% və 0,6% təşkil edib. Əlavə olaraq, Avstraliya (1,8%), Cənubi Koreya (1,7%) və Braziliya (1,2%) da birinci rübdə pandemiyadan əvvəlki inkişaf səviyyəsinə qayıdıblar.
Qalanları isə hələ yerində sayır...
ABŞ (1,6%) və İtaliyada (0,1%) artım sürətlənsə də, nə onlar, nə də ÜDM artımının yenidən zəiflədiyi İndoneziya (1,6%), Kanada (1,4%), Cənubi Afrika (1,1%) və Meksika (0,8%) hələ pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyiblər. Almaniya (-1,8%), Böyük Britaniya (-1,5%), Yaponiya (-1%) və Səudiyyə Ərəbistanında (-0,1%) əksinə, azalma baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib





























