Ən iri qlobal metal treyderindən rekord mənfəət!
Əmtəə qiymətlərində rekord bahalaşma şirkətin gəlirlərini 100 milyard dollara çatdırıb.Sinqapur və İsveçrənin birgə transmilli şirkəti, dünyanın bir nömrəli özəl metal və ikinci ən böyük neft treydinq şirkəti Trafigura Group Pte. Ltd maliyyə ilinin martda bitən birinci yarısının nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, pandemiyanın ardınca metallara sürətlə artan tələbat və neft qiymətlərinin bahalaşması şirkətin gəlirlərini 18% artıraraq, 100 milyard dollara çatdırıb.
Xalis mənfəət isə 2020-ci ilin sentyabrındakı nəticə (500 milyon dollar) ilə müqayisədə üçqat artaraq, 2,1 milyard dollara çatıb. Trafigura maliyyə ilinin birinci yarısında gündəlik 6,4 milyon barel neft satıb ki, bu da ötən illə müqayisədə 14% artım deməkdir. Bununla da şirkət ən yaxın rəqibi, dünyanın ən iri müstəqil neft məhsulları treyderi Vitolla arasındakı fərqi azaldıb. Xatırladaq ki, Vitolun satış həcmi 2020-ci ildə 11% azalaraq, gündəlik 7,1 milyon barelə düşmüşdü.
Metal satışının həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb. Buna bir sıra metalların, xüsusən də misin ilin əvvəlindən 25% bahalaşması da təkan verib. Şirkətin mənfəət marjası 2018-ci ildəki 1,8%-lə müqayisədə 2 dəfəyə yaxın, ötən illə (3,8%) müqayisədə isə nisbətən artaraq, 4,3%-ə yüksəlib. Trafigura xalis borc öhdəliklərini 2,76 milyard dollardan 750 milyon dollara qədər azaldıb.
Trafiguranın icraçı sədri Ceremi Veir daha öncə yayılan xəbərləri təsdiq edərək, uzunmüddətli tərəfdaşları Rosneftin başlatdığı 7 milyard dollarlıq Arktika neft layihəsində 10% pay almaq üçün 1,5 milyard avro (1,8 milyard dollar) ödədiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















