"Zara"nın sahibi ilk rübdə 421 milyon avro xalis mənfəət əldə edib
İspaniyanın "Inditex" şirkəti 2021-ci ilin əvvəlində 421 milyon avro qazanıbİspaniyanın geyim istehsalı və satışı sahəsində tanınmış şirkəti "Inditex", 2021-ci ilin birinci rübünü 421 milyon avro məbləğində xalis mənfəət ilə başa vurduğunu açıqlayıb. Marja xəbər verir ki, bu, pandemiyadan əvvəlki səviyyələrdən üç dəfə aşağıdır.
"Koronavirus pandemiyası ilə əlaqədar şirkətin ABŞ, Fransa, Almaniya, İtaliya, Portuqaliya və Braziliya kimi əsas bazarlarda mağazalarının bağlanması əməliyyatlarına əhəmiyyətli dərəcədə mənfi təsir etməsinə baxmayaraq nəticələr tədricən yaxşılaşmağa işarə edir", - şirkətdən bildirilib.
"Inditex"in 2021-ci ilin yanvarından aprel ayına qədər gəlirləri 4,9 milyard avroya çatıb ki, bu da bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48% çoxdur. Birinci rübdə onlayn satışlar 2020-ci ilə nisbətən artıb.
1 May-6 İyun tarixləri arasında satışlar keçən ilin eyni dövrünə nisbətən iki dəfədən çox və 2019-cu ilin eyni dövrünə nisbətən 5% artıb və bu, mağazaların açılışından sonra tələbin artdığını göstərir.
"Inditex" şirkəti ispaniyalı Amancio Ortega tərəfindən qurulub. "Inditex" şirkətinin təxminən 100 ölkədə 7 mindən çox mağazası var. "Inditex'"in ən məşhur markaları "Zara" və "Bershka"dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























