Çində istehsalçı qiymətləri 9% yüksəlib
May ayında Çində illik inflyasiya 1,3% təşkil edib.Çində istehlak qiymətləri indeksi (İQİ) May ayında illik müqayisədə (ötən ilin May ayı ilə) 1,3% artıb. Marja xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsinin çərşənbə günü yayımladığı məlumata görə, istehlak qiymətləri indeksi mayda aprel ayı ilə müqayisədə 0,2% düşüb. Apreldə illik inflyasiya 0,9%, aylıq inflyasiya isə - 0,3% təşkil etmişdi.
Mayda illik inflyasiyanın 1,6 faiz, aylıq inflyasiyanın isə mənfi 0,1% təşkil edəcəyi proqnozlaşdırılırdı.
Son bir ayda ölkənin şəhərlərində qiymətlər 1,4%, kənd yerlərində 1,1% artıb.
Qida məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,6% artıb.
Keçən ilki məlumatlarla müqayisədə may ayında ət məhsullarının qiyməti 11,3% azalıb. Çində istehlak səbətinin əsas elementlərindən biri olan donuz ətinin dəyəri isə illik nisbətdə 23,8% düşüb. Su məhsulları 13,8%, meyvələr 1,4%, təzə tərəvəz 5,4%, yumurtalar 14,3% bahalaşıb.
Çində səhiyyə xidmətləri keçən ay 0.2%, təhsil, mədəniyyət və əyləncə qiymətləri isə 1.5% artıb. Nəqliyyat və rabitə sahəsindəki xidmətlərin qiymətləri 5,5% artıb.
2020-ci ilin sonunda Çində inflyasiya səviyyəsi 2,5% təşkil edib ki, bu da 2020-ci ildə qoyulan hədəfdən (3,5%) daha azdır. Bu il hökumət 3% inflyasiya hədəfi müəyyən edib.
Çində May ayında istehsalçı qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% yüksəlib. Proqnoz 8.5% idi.
Asiyada səhmlərin qiymətləri Çinin inflyasiya məlumatlarının ardından geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























