Avropanın 2022-ci büdcə layihəsi hazırlanıb - ən çox kənd təsərrüfatına vəsait ayrılır
Cəmi 167,8 milyard avroluq büdcədə kənd təsərrüfatına 53 milyard avro, regional inkişafa 36,5 milyard avro nəzərdə tutulur.Avropa Birliyi (AB) Komissiyası, 2022-ci il üçün ili büdcə layihəsi təklifini açıqlayıb.
Marja xəbər verir ki, təklifə görə, AB-in 2022-ci il ili büdcəsi 167,8 milyard avro olacaq.
Büdcəyə, yeni növ koronavirus (Kovid-19) pandemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan xilasetmə proqramı da 143,5 milyard avro əlavə kömək təmin edəcək.
AB Komissiyası bu vəsaiti üzv ölkələrə hədiyyə olaraq paylayacaq.
Büdcədən, Ortaq Kənd Təsərrüfatı Siyasətinə (CAP) 53 milyard avro, regional inkişaf və uyğunlaşma proqramlarına 36,5 milyard avro, beynəlxalq əməkdaşlıq, inkişaf və insani köməyə 14,8 milyard avro, araşdırma və inkişaf etdirmə proqramlarına 13,1 milyard avro, strateji sərmayələrə 5,5, milyard avro, ictimai uyğunlaşma və təhsil proqramlarına 4,7 milyard avro, kosmos araşdırmalarına 2,1 milyard avro, ətraf mühitin qorunması proqramına 1,9 milyard avro, sərhəd təhlükəsizliyinə 1,9 milyard avro, namizəd ölkələri dəstəkləməyə istiqamətli İştirak Əvvəli Kömək Vasitəsinə (IPA III) 1,9 milyard avro, köçlə əlaqədar xərcləmələrə 1,3 milyard avro, müdafiə və təhlükəsizliyə 1,2 milyard avro, Ortaq Bazar ilə bağlı proqramlara 905 milyon avro və səhiyyə proqramlarına da 789 milyon avro vəsait nəzərdə tutulur.
Açıqlanan büdcə layihəsi, AB Şurası və Avropa Parlamenti (AP) arasında aparılacaq müzakirələrin tamamlanmasının ardından təsdiq edilərək qüvvəyə minəcək.
AB büdcəsinin böyük hissəsi üzv ölkələr tərəfindən köçürülən vəsaitlərdən formalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 28 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib





























