Yaponiya iqtisadiyyatı birinci rübdə 3,9% kiçilib
Yenilənmiş məlumatlar Asiya nəhənginin hələ də pandemiyadan tam özünə gəlmədiyini göstərir.Bügün Yaponiyada cari ilin birinci rübünün ÜDM rəqəmlərinə dair dəqiqləşdirilmiş məlumatlar açıqlanıb.
Marja xəbər verir ki, nəticələr iqtisadiyyatın ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% azaldığını göstərir. Bu, ilkin proqnozlara (5,1% geriləmə) nisbətən daha yaxşı nəticə hesab edilsə də, hələ də Asiyanın ən böyük iqtisadiyyatlarından birinin pandemiyadan sonra bərpa prosesinin çətin getdiyini göstərir. Xatırladaq ki, bir sıra ekspertlər Reutersin keçirdiyi sorğuya əsasən 4,8% geriləmə proqnozlaşdırırdılar.
Açıqlama Asiya birjalarına müəyyən dərəcədə təsir edib. Yaponiyanın Nikkei 225 indeksi 0,26%, Topix indeksi 0,3% dəyər qazanıb. Çinin Şanxay kompozit indeksi 0,19%, Şenzen komponent indeksi çox cüzi azalıb, əksinə, Honkonqda Hang Seng indeksi 0,23% bahalaşıb. Cənubi Koreyanın Kospi indeksi 0,1%, Avstraliyanın S&P/ASX 200 indeksi 0,22% yüksəlib.
ABŞ dollar İndeksi öncəki 89,955 göstəricisi ilə müqayisədə nisbətən azalaraq, 90,007 təşkil edib.
Yapon yeni ötən həftəki 1 dollar = 110 yen göstəricisini qismən yaxşılaşdıraraq, 1 dollar = 109,39 yendə qərarlaşıb. 1 Avstraliya dolları = 0,768 dollar olan Avstraliyanın milli valyutası mövqeyini nisbətən yaxşılaşdıraraq, yeni iş gününə 1 Avstraliya dolları = 0,7755 göstəricisi ilə başlayıb.
Hazırda Asiya birjalarında Brent markalı neftin qiyməti bir barrelə 70,88 dollar (azalma-0,85%) təşkil edir, Qərbi Texas (WTI) nefti 68,62 dollara (azalma-0,88%) təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 6 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























