Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişin tətbiqinə başlanılır

2 iyun 2021-ci il tarixində Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” QSC, Visa beynəlxalq kart təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində şəhərətrafı dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsinin real rejimdə istifadəyə verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir.
Mərkəzi Bankın yaydığı məlumata görə, tədbir vasitəsilə Bakı və Sumqayıt şəhərləri arasında sürətli sərnişin daşımalarını təmin edən Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən emissiya olunmuş kartların sahibləri üçün təmassız ödəniş imkanının yaradılması ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan ictimai nəqliyyatda gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi imkanının yaradılması tədbiri çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı ilə ötən il pilot rejimində start verilmişdir. Layihənin birinci mərhələsində Bakı-Sumqayıt hərəkət xətti üzrə iki stansiyada gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılmış və ilk aylarda yalnız “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən emissiya edilmiş təmassız kartlar vasitəsilə ödənişlərin qəbulu mümkün olmuşdur. Hazırda isə dairəvi dəmiryolu xəttinin 14 stansiyasında bütün bankların təmassız ödəniş alətlərindən istifadə etməklə gediş haqlarının nağdsız qaydada ödənilməsi imkanı mövcuddur.
Hər bir stansiyada 2 turniket üzrə gediş haqlarının təmassız bank kartlarından istifadə etməklə həyata keçirilməsi mümkündür. Layihənin növbəti mərhələsində istifadə sıxlığından asılı olaraq bank kartları ilə ödənişlərə imkan verən turniketlərin sayının ilin sonuna kimi artırılması nəzərdə tutulmuşdur.
Dəmir yollarında innovativ ödəniş həllərinin genişləndirilməsi sərnişinlərin rahatlığını təmin etməklə, əlavə lokal kartların alınması, bu kartların balansının terminallar vasitəsilə “doldurulması” zərurətini aradan qaldırır. Bu yenilik təmassız ödənişlərin əhali arasında daha böyük rəğbət qazanmasına və bununla da, təmassız ödəniş kartlarından istifadənin artması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi, son nəticədə isə rəqəmsal ödəniş mühitinin formalaşması və nağd iqtisadiyyatın həcminin azalmasına təkan verəcəkdir. Eyni zamanda, dəmir yollarında nağdsız ödənişlərin qəbulu imkanının yaradılması layihəsinin uğurlu icrası analoji tədbirlərin ölkənin digər ictimai nəqliyyat növlərində də həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqdır.
XXX
“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır.
Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər.
Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb.
Bu layihənin bir hissəsi kimi sərnişinlər 27 biznes terminalı vasitəsilə təmassız ödəniş edərək biletlərin katqqoriyasını biznes sinfinə yüksəldə bilərlər.
Marja.az Telegramda: https://t.me/marjaaz
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
