Ərdoğan daha bir bankiri işdən çıxardı
Bu, son iki ayda işdən çıxarılan 3-cü rəhbər şəxsdir.Marja xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün səhər saatlarında imzaladığı sərəncamla Türkiyə Mərkəzi Bankı sədrinin müavini, monetar siyasət komitəsinin üzvü Oğuzhan Özbaşı vəzifəsindən azad edib. Əvəzində bu vəzifəyə Ankara TED Universitetinin professoru Semih Tümen təyin olunub.
Mart ayında Ərdoğan son 2 ildə üçüncü dəfə mərkəzi bankın sədrini dəyişərək, Naci Ağbalı vəzifəsindən azad etmiş və yerinə köşə yazarı Sahap Kavcıoğlunu təyin etmişdi. Cəmi bir həftə sonra isə sədrin müavini Murat Çətinkaya da vəzifəsindən ayrılmışdı. Son dövrlərdə rəhbərlikdə baş verən dəyişikliklər fonunda türk lirəsi martdan bəri dollar qarşısında 14% dəyər itirib.
Mərkəzi bankın faiz qərarına dair növbəti toplantısı iyunun 17-də keçiriləcək. Ərdoğan daha öncə həm faiz dərəcəsinin, həm də inflyasiya həddinin 10%-dən aşağı olacağını bildirmişdi. Kavcıoğlu öz növbəsində inflyasiyanın zəifləməsinə qədər monetar siyasətin ciddi nəzarət altında saxlanacağını vəd edib.
London School of Economics və Çikaqo Universitetinin məzunu olan 44 yaşı Tümen daha öncə Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb və Ərdoğanın insan resursları üzrə müşaviri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






