Ford yenidən istehsalatı dayandırır - əksər modellərə təsir edəcək
Qlobal çip çatışmazlığı artıq avtomobil sənayesinə əsas diqtə edən amildir.ABŞ-ın qlobal avtomobil istehsalçısı Ford Motors iyun ayından etibarən Şimali Amerikadakı 8 zavodunda müxtəlif vaxtlarda istehsalı müvəqqəti dayandıracağını açıqlayıb.
Marja xəbər verir ki, Şirkət istehsal planlarına dair daxili məlumat bülletenində yarımkeçirici çiplərin təchizatındakı ləngiməyə görə Mustang və Escape krossoverlərindən tutmuş ən çox satılan F-150 pikaplarına və Bronco Sport SUV-larına qədər əksər modellərin buraxılmasında fasilələr yaranacağı barədə xəbərdarlıq edib: “Biz əlimizdəki yarımkeçiri elementlərin səmərəli paylanmasında maksimum səy göstərəcəyik və dilerlərimizi və müştərilərimizi mümkün qədər çox sayda yüksək keyfiyyətli avtomobillərlə təchiz etməyə çalışacağıq.”
Maraqlıdır ki, Fordun istehsalda fasilələr etmək qərarı prezident Baydenin Miçiqandakı Dearborn zavoda səfərindən bir gün sonra verilib. ABŞ rəhbəri səfər çərçivəsində gələn ildən istehsal edilməyə başlanacaq F-150 modelinin elektrikli versiyası ilə tanış olmuş və bir daha yerli çip istehsalçılarına maksimum dəstəyin vacibliyini vurğulamışdı.
İstehsalın dayandırılacağı zavodlar bunlardır:
İllioinsdəki Çikaqo yığma zavodu mayın 31-də tamamilə dayanacaq və iyunun 7-dən başlayan həftədə məhdud həcmdə istehsalata davam edəcək;
Miçiqandakı Flat Rock yığma zavodu mayın 31-dən iyunun 13-ə qədər işləməyəcək;
Miçiqandakı Dearborn yük maşınları zavodu və Kanzas-Sitidəki yığma xətti 31 may-13 iyun tarixlərində işləməyəcək, iyunun 14-dən məhdud qrafiklə istehsalata davam edəcək;
Meksikadakı Hermosillo yığma zavodu 21 iyun-4 iyul tarixlərində dayanacaq;
Kentukkidəki Luisvill yığma zavodu mayın 31-dən iyulun ortasına qədər dayanacaq, bu həm də planlaşdırılan yay fasilə dövrü ilə əlaqədardır;
Kanadada Oakvill yığma kompleksi 31 may-28 iyun tarixlərində bağlı olacaq;
Ohion zavodu 31 may-20 iyun tarixlərində yalnız Super Duty Chassis yük kabrioletlərini və Medium Duty modelli yük maşınlarını buraxacaq.
Bir neçə həftə öncə Ford-un baş direktoru investorları bu ilin ikinci rübündə nəzərdə tutulan istehsal həcminin 50% itiriləcəyi barədə xəbərdar etmişdi. Birinci rübdə itirilən istehsal həcmi 17%-ə bərabər idi. Ford 2021-ci il üzrə proqnozunda gəlirlərinin 2,5 milyard dollar azalacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?


























