Peyvəndin varsa, buyur içəri, özü də maskasız!
Dünyanın ən iri kofe restoran şəbəkəsi qaydaları dəyişib...ABŞ-ın ən iri iaşə xidmətlərindən biri, dünyanın bir nömrəli kofehaus şəbəkəsi Starbucks bundan sonra COVID-19 vaksini vurduran müştərilərin öz kofe restoranlarına maskasız daxil olmasına və içəridə olduğu müddətdə maskasız sərbəst hərəkətinə icazə verib.
Marja xəbər verir ki, şirkət ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin maskalarla bağlı təlimatını dəyişməsini əsas götürərək, karantin və maska siyasətinə dəyişiklik edib.
Yeni qaydalara görə, koronavirus infeksiyasına qarşı tam peyvənd olunmuş (hər iki dozanı vurdumuş) müştərilər maskasız Starbucks restoranlarına daxil ola bilər. Şirkət yalnız yerli ştat və federal səviyyədə yeni qaydalar müəyyənləşdirildiyi halda müştərilərdən maska geyinməyi tələb edəcək.
Starbucks bu qaydaları tətbiq edən ilk böyük pərakəndə ticarət və iaşə şəbəkəsi deyil. Gəlirlərinə görə (549 milyard dollar) 2020-ci ildə dünyanın ən iri şirkəti, 26 ölkədə 11 mindən artıq mağazaya malik Walmart, beşinci qlobal pərakəndə satış şirkəti Costco və alman ərzaq məhsulları şəbəkəsi Trader Joe’s də peyvənd olunmuş müştərilərə içəri maskasız daxil olub, gəzməyə icazə verir. Target, Home Depot, Gap və Ultra Beauty kimi iri şəbəkələr isə pandemiya ilə bağlı vəziyyəti izlədiklərini, buna görə də hələ maskalarla balı tələblərin qüvvədə qaldığını bildirir.
Starbucks-un səhmləri ilin əvvəlindən 4% bahalaşaraq, onun bazar dəyərini 131 milyard dollara çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






