“Asiyanın mini Amazonu” 180% xalis zərərə düşüb
Martda bazar dəyəri 80 milyard dolları keçən şirkətin nəticələri investorları da məyus edib.Cənubi Koreyanın ən iri elektron ticarət platforması, devizi “raket sürətilə çatdırılma” olan və “Asiyanın mini Amazonu”adlandırılan Coupang şirkəti 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, gəlirlərin 74% artaraq, 4,2 milyard dollara, aktiv müştərilərinin sayının 21% yüksələrək 16 milyona çatmasına baxmayaraq, şirkət hesabat rübünü xalis zərərlə başa vurub. Ümumi mənfəət ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artsa da (733 milyon dollar), Coupang-ın zərəri 295 milyon dollar təşkil edib. Bu isə bir il öncəki nəticə ilə müqayisədə zərərin 180% artması deməkdir.
Xatırladaq ki, Coupang cari ilin mart ayında Nyu-York səhm birjasında debüt edərək, 3,5 milyard dollarlıq IPO-ya getmişdi. Nəticədə şirkətin bazar dəyəri 80 milyard dolları keçmiş, bu göstərici ilə Çin nəhəngi Alibaba Group-un 2014-cü ildəki IPO-sundan sonra ABŞ birjalarında xarici şirkətin ən böyük listinqi adını qazanmışdı. Bu nəticələr Coupang-ın ən böyük investorlarından olan Yaponiyanın ən iri maliyyə qurumu SoftBankın bu həftə açıqlanan 45 milyard dollarlıq xalis mənfəətində mühüm paya malik olub.
Coupang-ın xalis mənfəət əldə edə bilməməsində əsas səbəblərdən biri son bir ildə səkkizdən artıq əməkdaşının iş vaxtı zədələnməsi və ölümü səbəbindən şirkətə qarşı iri həcmli təzminat iddialarının qaldırılmasıdır. Həm işçilərə sığorta və təzminat ödəmələri, həm də məhkəmə-hüquqi xərclər nəticədə mənfəətin bu il də sıfırın altında qalmasına təkan verib. Buna baxmayaraq, şirkət 2024-cü ilə qədər bazar dəyərinin 206 milyard dollara qədər artacağına ümid edir.
Nəticələr açıqlanmazdan öncə Coupang-ın Nyu-York birjasındakı səhmləri 2,5%, əsas investorlardan SoftBank-ın səhmləri isə 7% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)





