Azerbajan Microsoft Days: Rəqəmsal həllər vasitəsilə maliyyə sektorunun transformasiyası
(®️) Maliyyə sənayesi bu gün ən böyük sarsıntılardan birini yaşayır. Rəqəmsallaşma və yeni texnologiyalar bankları maliyyə xidmətləri bazarında fəaliyyətlərini davam etdirmək üçün yeni iş modelləri istifadə etməklə iş üsullarını və diqqət fokuslarını əsaslı şəkildə dəyişdirməyə təşviq edir. Məhz buna görə növbəti Azerbajan Microsoft Days konfransı maliyyə xidmətləri sənayesində rəqəmsal transformasiyanın gələcəyinə həsr edildi.
“Microsoft” şirkətinin mütəxəssisləri və spikerləri Azərbaycanın maliyyə müəssisələri üçün "Rəqəmsal həllərin vasitəsi ilə Maliyyə sektorunun transformasiyasi" mövzusunda təşkil edilmiş onlayn konfrans çərçivəsində bulud texnologiyalarının, süni intellektin, müasir iş yerlərinin və kiber təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı ən uğurlu təcrübələrin təqdimatını keçirdilər.
“Microsoft”-un müştəriləri hərtərəfli öyrənməyə, onların məlumatlarını qorumağa, riskləri idarə etməyə, dələduzluq hallarının və kiber hücumların qarşısını almağa imkan verən həlləri konfrans iştirakçılarının xüsusi marağına səbəb oldu.
“Bu gün bank və sığorta fəaliyyətinin rəqəmsal transformasiyası getdikcə daha çox aktuallaşır və zamanın tələbinə çevrilir. Bank və sığorta xidmətləri, süni intellektə əsaslanan müştəri təcrübəsi və Əşyaların İnternetinə çıxış imkanları tezliklə yeni normaya çevriləcək və bu, heçdə pandemiyanın təsirindən olmayacaq, əksinə yeni nəsil insanların şəxsi ünsiyyətdən daha çox rəqəmsal əlaqələr qurmaq seçiminə üstünlük verməsi səbəbindən baş verəcək", - deyə “Microsoft”-un Orta və Şərqi Avropadakı maliyyə xidmətləri sənayesinin müdiri Madalina Popa qeyd edib.
“Microsoft”-un Mərkəzi və Şərqi Avropanın 24 ölkəsində BizApps satışları üzrə mütəxəssisi Urban Jovanoviç təqdimatında bildirib ki, rəqəmsal texnologiyalar bankların müştəriləri ilə qarşılıqlı münasibət qurmaq üsullarını dəyişdirir: “Bugünkü bazarda maraq doğurmaq üçün, müştəri ilə münasibəti onun haqda bütöv təəssürat yarada biləcək yeni innovativ və çoxkanallı yanaşma, intellektual təhlil, proseslərin avtomatlaşdırılması tələb olunur. Bank işi və kapital bazarları sahəsində ciddi dəyişikliklər baş verir. Bank işinin prioritetlərini vurğulayan altı əsas tendensiya mövcuddur - bank müştərilərinin məlumatlarının emalı və monetizasiyası əsasında yaradılmış və onlar üçün yeni imkanlar açan müasir texnologiyaların və iş modellərinin tətbiqidir; gənc nəsil müştərilərin ehtiyaclarını nəzərə alaraq diqqət mərkəzinin genişləndirilməsidir; kiber cinayətkarlardan və fırıldaqçılardan qorunan, məsafədən həyata keçirilən bank əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsidir; tənzimləmə tələblərinə uyğun olmağı və risklərin idarə edilməsini tələb edən tənzimləyici qurumların təzyiqi şəraitində iş proseslərində çevikliyin təmin edilməsidir; bank əməliyyatlarının təhlükəsizliyini pozmadan son istifadəçiyə xidmət təqdimetmə zəncirindəki uyğunsuzluqları aradan qaldırmaq və ənənəvi bankın fərdiləşdirilmiş və müştəri tələbatına uyğun xidmət göstərməyə yönəlmiş rəqəmsal banka keçidini təmin etmək üçün köhnəlmiş sistemlərin dəyişdirilməsi və bulud texnologiyalarına transformasiyasıdır".
Jovanoviçin sözlərinə əsasən, texnologiya bu gün maliyyə xidmətlərinin ayrılmaz bir hissəsidir, lakin dələduzluq hallarının və kiber cinayətlərin artması istehlakçıların onlara daha böyük imkanlar yaradan müasir yüksək texnologiyalı məsafədən göstərilən bank xidmətlərinə olan etibarını azaldır.
“Maliyyə qurumlarının sanksiyalara məruz qalan və ya terrorizmi maliyyələşdirən şəxslərin maliyyə cinayətlərinə və pul vəsaitlərinin hərəkətinə vaxtında reaksiya verməsi vacibdir, bu məqsədlə mövcud olan bütün etibarlı müasir texnologiyalardan və məlumat mənbələrindən fəal şəkildə istifadə edilməlidir, əks halda nəticədə maliyyə təşkilatları fəlakətlə üzləşə bilərlər”, - deyə U. Jovanoviç qeyd edib.
Ekspert onu da bildirib ki, rəqəmsal transformasiya ənənəvi olaraq biznes və risk idarəetməsində ciddi şəkildə normativ tələblərə uyğun fəaliyyət göstərən maliyyə qurumlarının iş üsullarını və strategiyasını kökündən dəyişir. Tənzimləmə, müştərilər ilə münasibətlərin yeni formada qurulması prosesində vacib rol oynayır, burada müştəri haqda açıq mənbələrdə olan bütün məlumatlar onun imkanlarını və tələblərini proqnozlaşdırmaq məqsədi ilə təhlil və süni intellekt texnologiyaları vasitəsi ilə emal edilir və nəticədə müştəri xidməti keyfiyyəti artırılır, maliyyə təşkilatının riskləri isə azalır.
Böyük hesablama gücünə malik olan və ən yüksək kiber təhlükəsizlik səviyyəsini təmin edən bulud infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. “Microsoft” kiber təhlükəsizlik tədbirlərinə ildə 1 milyard dollar vəsait yönəldilir və bu məbləğin böyük bir hissəsi Azure platformasının ən etibarlı bulud platformasına çevrilməsinə xərclənir. Bu gün Azure, bank müştərilərinin biznes aktivlərini qorumaq üçün, məlumatları aktiv şəkildə izləyən kiber təhlükəsizlik mütəxəssisləri tərəfindən təmin edilən fiziki məlumat emalı mərkəzlərinin, infrastrukturun və əməliyyatların çox mərhələli təhlükəsizliyidir.
“Microsoft”, sifarişçilərin rəqəmsal transformasıyasını aktiv şəkildə dəstəkləyir, müxtəlif biznes həllərinin qurulmasından, tətbiqindən və biznes proseslərin transformasiyasından başlayaraq işçilərə onların istifadəsini öyrətməyədək. “Microsoft”-un IT mütəxəssisləri tərəfindən on illərdir ki, süni intellektin inkişafı üzərində işlər aparılır və artıq maliyyə qurumunun işini rəqəmsal mühitdə səmərəli şəkildə qurmağa və rəqabət qabiliyyətini artırmağa imkan verən güclü yoxlama və innovativ işləmələr hazırlanıb.
“Microsoft” şirkətinin eyni zamanda maliyyə sənayesi üçün kadr hazırlığı platforması var – bu ödənişsiz Microsoft AI Business School Süni İntellekt üzrə biznes məktəbidir, hansı ki, onlayn olaraq https://www.microsoft.com/en-us/ai/ai- business-school saytında fəaliyyət göstərir. Bu, Süni İntellektin köməyi ilə biznesin idarəetməsinin ən vacib məqamlarını nəzərə alan və biznes liderlərin tıkmilləşdirilməsi üçün yaradılmış unikal bir proqramdır.
Şirkət haqqında:
“Microsoft” (Nasdaq “MSFT” @ microsoft) “ağıllı bulud” və “ağıllı texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin missiyası - planetdəki hər bir insana və təşkilata daha yüksək nəticələr nail olmağa imkan verməkdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























