Çin, əhalisinin azaldığı iddiasını təkzib etdi
Çin Milli Statistika Komitəsi, ölkə əhalisinin keçən il azaldığına dair yayılmış xəbərləri təkzib edib.
Marja xəbər verir ki, Komitə, ölkə əhalisinin 2020-ci ildə artmağa davam etdiyini bildirib.
Statistika Komitəsi, Aprel ayında açıqlanması gözlənilən siyahıyaalma nəticələrini hələ açıqlamayıb.
"Financial Times" qəzeti bu həftə öz mənbələrinə istinadən yaydığı bir xəbərində, keçən il Çinin əhalisinin azaldığını bildirmişdi.
Əhalinin yaşlanması və azalmasının, iqtisadi artımda yavaşlama, pensiya yükünün artması daxil əhəmiyyətli iqtisadi təsirləri ola bilir.
Əhalinin azaldığı xəbərindən sonra körpə qidaları və qulluq məhsulları istehsal edən şirkətlərin səhmləri, hökumətin doğum siyasətlərini yumuşaldacağı gözləntisilə 2 gün bahalaşmışdı. Bu günki xəbərlə bu şirkətlərin səhmləri ucuzlaşıb.
Çinin əhalisinin artım sürəti təhsil səviyyəsinin və rifahın artması ilə düşür. 2019-da ölkədəki doğum nisbəti 1000 nəfərdə 10,48 olmaqla rekord aşağı səviyyəyə enmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
6 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
7 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
28 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
33 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
40 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 51 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)









