Apple yenə hamını qabaqlayıb - 90 milyard dollar
Iphone, iPad və Mac satışlarında fantastik artım baş verib.Amerikan transmilli texnologiya korporasiyası, ABŞ İT sənayesində beş ən iri şirkətdən biri olan Apple Inc. ötən gün 2021-ci təqvim ilinin birinci rübünün (Apple maliyyə sisteminə görə ikinci fiskal rübünün) nəticələrini investorlara və ictimaiyyətə açıqlayıb. Marja qurumun rəsmi saytına istinadla xəbər verir ki, ümumi gəlirlər 54%-ə qədər artaraq, 89,6 milyard dollara çatıb. Refinitiv və digər analitiklərin proqnozları ilə müqayisədə şirkətin faktiki göstəriciləri aşağıdakı kimidir:
Səhm başına gəlir - 1,40 dollar (proqnoz - 0,99 dollar)
Ümumi gəlirlər - 89,58 milyard dollar (proqnoz - 77,36 milyard dollar, illik ifadədə artım - 53,7%)
o cümlədən:
iPhone satışı - 47,94 milyard dollar (proqnoz - 41,43 milyard dollar, artım - 65,5%)
Xidmət gəlirləri (iCloud, AppStore, Apple Music və s.) - 16,90 milyard dollar (proqnoz - 15,57 milyard dollar, artım - 26,7%)
Mac noutbuk və cihazlarının satışı - 9,10 milyard dollar (proqnoz - 6,86 milyard dollar, artım - 70,1%)
iPad gəlirləri - 7,80 milyard dollar (proqnoz - 5,58 milyard dollar, artım - 78,9%)
Digər məhsul satışları - 7,83 milyard dollar (proqnoz - 7,79 milyard dollar, artım - 24%)
Xalis mənfəət - 23,63 milyard dollar, artım - 100%-dən artıq
Gross marja - 42,5% (proqnoz - 39,8%)
Beləliklə, şirkət son iki rübdür ki, əsas məhsul seqmentlərinin hamısında ikirəqəmli artım tempi göstərir. Xüsusən Mac noutbuklarının satışında artım Apple-ın daha öncə bu kompüterlərdə istifadə etdiyi Intel prosessorları əvəzinə, öz istehsalı olan və batareyaların daha çox uzunömürlülüyünü təmin edən M1 çiplərinin tətbiqi hesabına baş verib. Həmçinin, ötən il yeni 5G funksiyalı iPhone modellərinin istifadəyə verilməsi bu məhsulun da satışını kifayət qədər artırıb. “Soft” bölməsində xüsusi çəkiyə malik App Store-da ödənişli abunəçilərin sayı 660 milyona çatıb ki, bu da ötən rübün göstəricilərindən 40 milyon artıqdır.
“Bu rübün nəticələri həm müştərilərimizə həyatlarının bu anlarını necə keçirməkdə yardım edən məhsullarımızın dayanıqlı təkmilləşmə üsullarını, həm də istehlakçıların hamımız üçün daha yaxşı günlərlə əlaqədar göstərdikləri optimizmi əks etdirir” – Apple baş direktoru Tim Kukun açıqlamasında bildirilib. Nəticələr açıqlandıqdan sonra şirkətin səhmləri 4% bahalaşıb.
Xatırladaq ki, digər ABŞ texnoloji nəhəngləri - Microsoft və Google bu həftə ərzində birinci rübün nəticələrini açıqlayıblar. Daha bir iri şirkət - Amazon isə bugün Bakı vaxtı ilə axşam saatlarında 2021-ci ilin ilk 3 ayına dair təqdimat edəcək.
Həmçinin oxu
ABŞ texnologiya nəhənglərindən fantastik artım
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
12 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 16 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)
.jpg)








.jpg)






