“Muğanbank” ilk rübü mənfəət ilə bağlayıb
“Muğanbank” ASC 2021-ci ilin ilk rübünü 1 milyon 593 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 300 min manat xalis zərər ilə bağlamışdı.
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 908 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 692 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 99 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Beləliklə, "Muğanbank" ilk rübü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə Muğanbank“ın cəmi əməliyyat gəlirləri 11 milyon 806 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 427 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 621 min manat təşkil etmişdi. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 679 min manat ayrılması zərərin 1 milyon 300 min manata yüksəlməsinə səbəb olmuşdu.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə "Muğanbank"ın qeyri-faiz gəlirləri 2 dəfə artraraq 9 milyon 295 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin kəskin artması Bankın cəmi gəlirlərinin artmasına və mənfəətin yaranmasına səbəb olub.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Muğanbank” 599 milyon 374 min manat cəmi aktivlərə malik olub, aktivlərin 345 milyon 479 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2020-ci ilin sonunda Bank 590 milyon 906 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 335 milyon 946 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. İlk rübdə “Muğanbank”ın kredit portfeli 9 milyon 533 min manat və ya 3%-ə yaxın artıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINDIR
31 Mart 2021-ci il tarixində "Muğanbank" 98 milyon 742 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı banklar üçün minimal tələbdən təxminən 2 dəfə çoxdur.
Rüb ərzində Azərbaycan "Muğanbank"ın I dərəcəli kapitalının adekvatlıq əmsalı 15.25%, məcmu kapitalının adekvatlıq əmsalı 18.69% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 45 d. əvvəl
-
47 d. əvvəl
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
-
53 d. əvvəl
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
-
1 saat əvvəl
Kevin Uorşın sədrliyi ilə ilk FED iclası - O, ÇƏTİN QƏRAR QARŞISINDADIR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır






















