Daha bir rəqəmsal valyuta gəlir – bu dəfə Facebookdan
İki ildir reallaşması gözlənilən layihə bu il nəhayət ki, gerçək olacaq.Hələ iki il öncə Libra adlı kriptovalyuta buraxacağını elan edən Facebook bu ideyanı gerçəkləşdirməyə yaxındır. Marjanın araşdırmaları bu məqsədlə qurulmuş Diem Assosiasiyasının (keçmiş adı ilə Libra Assosiasiyası) bu yaxınlarda ABŞ dollarına bağlı olacaq yeni rəqəmsal valyutanı pilot layihə olaraq dövriyyəyə buraxacağını göstərir.
Facebook 2019-cu ilin iyununda Libra adı altında yeni universal kriptovalyuta yaradacağını elan etmişdi. Libranın özündə güclü suveren valyutaları, o cümlədən ABŞ dolları və Avronu ehtiva edən valyuta səbətinə bağlı olacağı qeyd olunurdu. Bu valyutanın müxtəlif ölkələrin valyutaları ilə maneəsiz mübadiləsi və bir univeral pul vahidi ilə ifadəsi də əsas planlar arasında idi. Lakin o zaman müxtəlif ölkələrdəki maliyyə tənzimləmə qurumlarının etirazı və Visa, Mastercard, PayPal, Stripe, eBay, Vodafone kimi əsas dəstəkləyicilərin geri çəkilməsi bu ideyanın gerçəkləşməsinə imkan vermədi. Buna müəyyən dərəcədə İngiltərə Bankının keçmiş direktoru Mark Karneyin 2019-cu ilin avqustunda ABŞ dollarının ehtiyat valyuta kimi hökmranlığına son qoyulmasının zəruri olduğu barədə açıqlamaları da təkan verdi.
Hazırda aylıq qlobal istifadəçi sayı 2,8 milyarda çatan Facebook-un yeni rəqəmsal valyuta yaratmaq planları mərkəzi banklar və siyasətçilərin müxtəlif etirazları ilə qaşılaşdı: ənənəvi pul vahidlərinə, o cümlədən ABŞ dollarına böyük təhdiddir, maliyyə sabitliyini poza və çirkli pulların yuyulması mexanizminə yol aça bilər və s.
Diem Assosiasiyası bu təcrübədən dərs çıxararaq, “Libra”dan “Diem”ə çevrilmiş yeni valyutanı məhdud sayda və pilot tətbiqetmə kimi sınamaq niyyətindədir. Hazırda İsveçrənin maliyyə qurumları ilə ödəniş lisenziyası almaq üçün danışıqlar aparılır. Facebook kimi media nəhənginin prosesə “şəbəkə effekti” gətirəcəyi də şübhəsizdir. Üstəlik, Shopify, Spotify və Uber kimi iri şirkətlər hələ də bu ideyanı dəstəkləyir.
Ekspertlər məsələ ilə bağlı nikbin mövqedədirlər. Chainanalysis şirkətinin blokçeyn texnologiyaları üzrə analitiki Maykl Gronager Diemin bu işi başa çatdıracağına inanır: “Əgər bunu edə bilməsə, çox böyük itirilmiş fürsəti əldə buraxmış olar. Eyni zamanda bu, hazırda baş verən çoxsaylı təşəbbüslərdən biridir, bir növ Teslanın 1,5 milyard dollarlıq kriptovalyuta almasına bənzəyir. Yəni bu, böyük bir hərəkətliliyin tərkib hissəsidir, yeni hal deyil”.
“Diemin texnologiyaları sadə bir blokçeyndən tənzimləyici qurumların çoxsaylı suallarına da cavab tapmağa çalışan mükəmməl bir blokçeyn sisteminə çevrilir və siz də bunun şahidi olursunuz” – yeni valyutanın ödəniş vasitəsinə çevrilməsi üçün texnoloji infrastruktur quran Digital Assets Group şirkətinin baş direktoru Ran Goldi bildirib.
ABŞ-ın ən iri banklarından Citibankın bank tədqiqatları üzrə qlobal direktoru Ronit Gose-nin rəhbərlik etdiyi analitik komanda “Pulun gələcəyi: Kripto, Mərkəzi bankların rəqəmsal valyutası və 21-ci əsrin nağd vəsaitləri” adlı ötən həftəki məqaləsində “Rəqəmsal pulun 2020-ci ildəki hekayəsinin tokenləşmiş pul vəsaitlərinin böyümə hekayəsi olacağını” qeyd edib. Məqalə həmçinin “Mərkəzi bankların və Big tech şirkətlərinin kriptovalyutaların geniş həcmdə qəbul edilməsi ilə yeni ödəniş forması və üsulları qurduğunu” bildirib və xüsusilə vurğulayıb ki: “Diem kimi sabit valyutalar özlərinin böyük sponsorlarının nəhəng şəbəkə effektindən yetərincə yararlanacaqlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 5 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
Araşdırmalar sahəsində qlobal liderdən Manatın məzənnəsilə bağlı yeni proqnoz
-
1 saat əvvəl
"FINCA Azerbaijan" indi də dollar ilə borc alır - 9 FAİZ GƏLİR TƏKLİFİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - MEMORANDUM İMZALANDI
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Naxçıvanda nazir vəzifəsindən azad olundu
Zərdabda yol təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
"Kapital Bank"ın BOKT-ı 2 milyon manat cəlb edir - ŞƏRTLƏR
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - MEMORANDUM İMZALANDI
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"Regional BOKT"ın xalis mənfəəti artıb
BOKT illik 16 faizlə daha 1 milyon manat borc alır
Azərbaycan startaplarının qlobal investorlara çıxış imkanlarının yaradılması üçün əməkdaşlıq başlayır
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır


















.jpg)

.jpg)
