Aktiv vergi ödəyicilərinin sayı artır
Yeni qeydiyyat üsuluna maraq artırDövlət Vergi Xidmətinin yaydığı məlumata görə. 2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.
2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.
Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.
2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.
2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.
2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.
2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
5 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib




















