“Bakı Metropoliteni”nin Müşahidə Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib. Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Marja-ya daxil olmuş məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zaur Hüseynov və QSC-nın digər vəzifəli şəxsləri iştirak ediblər.
İlk olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri Elnur Əliyev iclasda vurğulayıb ki, sərnişinlərin metro nəqliyyatında daşınmasını həyata keçirən, habelə metropolitenin maddi-texniki bazasını gücləndirməklə, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini icra etməklə metropolitenin inkişaf etdirilməsini təmin edən dövlət şirkəti olaraq Bakı Metropoliteni ölkənin nəqliyyat sektorunda vacib rol oynayır. Bakının geniş ictimai nəqliyyat infrastrukturu olan Bakı Metropoliteninin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi istiqamətində son illər əhəmiyyətli işlər görülüb. Hazırda qarşıda duran əsas vəzifə bu addımların iqtisadiyyatın yeni inkişaf mərhələsinin tələbləri səviyyəsində davam etdirilərək gücləndirilməsidir. Yeni mərhələdə idarəetmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyət dayanıqlığının artırılması və bu zaman yarana biləcək təşkilati məsələlərin operativ qaydada aradan qaldırılması xüsusi önəm daşıyır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir. Cənab Elnur Əliyev əminliyini bildirib ki, Müşahidə Şurası QSC-nın idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir.
Daha sonra “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov QSC-nın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. O, yeni iqtisadi çağırışlar dövründə “Bakı Metropoliteni” QSC-nın Müşahidə Şurasının yaradılmasını QSC-nın gələcək uğurlarının başlanğıcı olacağına inamını ifadə edib.
İclasda eyni zamanda “Bakı Metropoliteni” QSC-nın korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
