Əhali 3 ayda ticarət şəbəkəsində 10 milyard manata yaxın vəsait xərcləyib
2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq, o cümlədən 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 9 524,8 | 98,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 4 628,8 | 102,2 |
içkilər və tütün məmulatları | 548,8 | 100,8 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 559,6 | 99,1 |
elektrik malları və mebellər | 477,8 | 89,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 65,4 | 102,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 216,1 | 145,5 |
avtomobil benzini və dizel yanacağı | 514,1 | 90,8 |
digər qeyri-ərzaq malları | 1 514,2 | 90,0 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 24,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz artmış, bazar və yarmarkalarda isə 16,3 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)






.jpg)



