Azərbaycanda toxum emalında YENİLİK - “Plug & Play” texnologiyasını tətbiq edən ilk şirkət
(®️)Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan və 2014-cü ildə qurulan “Agro Dairy” MMC şirkətinin törəmə müəssisəsi olan “Agro Supply” MMC 2018-ci ildən toxumçuluq fəaliyyəti göstərir.
Bu fəaliyyət sahəsində şirkətin qarşısına qoyduğu ən əsas hədəfləri ölkənin ərzaq təhlükəsizliyinin artırılması, milli toxum ehtiyatının elmi əsaslı inkişafı, xaricidən toxum idxalı asılılığının azaldılması və yerli toxum bazarının ucuzlaşdırmasına töhfə verməkdən ibarətdir.
Bu hədəflərə çatmaq üçün şirkət yüksək məhsuldarlıq göstəricilərinə malik təkmilləşdirilmiş toxum sortlarının əkin dövriyyəsinə cəlb edilməsi, daxili bazarda sertifikatlaşdırılmış toxuma inam yaradılması, tezyetişən məhsuldar sortların toxumuna üstünlük verməklə özəl toxumçuluq sahəsinin elmi əsaslarla inkişaf etdirilməsi yönündə irəliləməkdədir.
Bununla yanaşı şirkət yeni innovativ yanaşmalar və beynəlxalq tərübədən istifadə etməklə toxumçuluqda sosial, texniki, elmi məsələlər, həmçinin “seleksiyaçı - toxumçu - əmtəəlik məhsul istehsalçısı” münasibətlərinin qurulması kimi vacib məsələlərin həllini də ön planda tutur.
Şirkət həm Azərbaycanda, həm də dünyada bir ilkə imza ataraq, toxum emalında yenilik etmiş və “Nou-hau” hesab edilən “Plug & Play” texnologiyasını ölkəmizdə tətbiq etməyə başlamışdır.
“Plug & Play” texnologiyası toxum təmizlənməsi prosesində kompakt və innovativ metodlardan biridir. Bu texnologiyanın ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, tikinti-quraşdırma xərcləri minimumdur, istənilən ərazilərdə qurulma imkanlarına malikdir.
Qeyd edilən “Plug & Play” toxum emalı texnologiyasının tətbiq edildiyi, 2020-ci ildə quraşdırılmış 5 ton/saat istehsal gücü olan kompakt toxum emalı zavodu “Agro Dairy” MMC şirkəti ilə Avropanın qabaqcıl toxum şirkətlərindən biri olan "Probstdorfer Saatzucht" şirkətinin strateji tərəfdaşlığı sayəsində Pilot layihə çərçivəsində Avstriyanın “Cimbria” şirkəti tərəfindən dizayn edilmişdir. Hazırda şirkətin istifadəsində olan Hacıqabul rayonunda yerləşən Bitkiçilik təsərrüfatında ümumi 10 ton/saat istehsal gücünə malik toxum emalı zavodu istismara verilmişdir.
Həmçinin, 2021-ci ildə ölkə daxilində taxıl toxumlarına olan tələbatı ödəmək məqsədilə daimi baza rolunu oynayacaq, hər biri 5 ton/saat olan iki əlavə blokun istifadəyə verilməsi də planlaşdırılır.
“Plug & Play” texnologiyasının toxumun emalı prosesinə tətbiqi istehsalda yüksək səmərəlilik əldə etməyə və eyni zamanda ekoloji təhlükəsizliyə riayət etməyə imkan verəcəkdir.
Bütün bunlar şirkətin toxum emalı sahəsində qarşısına qoyduğu hədəflərə çatmaqda, həmçinin, xarici ölkələrdən gətirilən toxum idxalından asılılığın azaldılmasında, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















