Braziliyanın ən böyük ödəniş şəbəkəsi NASDAQ birjasına çıxır
Hədəf 7 milyard dollar bazar dəyərinə çatmaqdır.Braziliyanın ən böyük ödəniş sistemi Elo ABŞ-ın ikinci ən böyük səhm birjası olan NASDAQ-da Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə (IPO) hazırlaşır.
Marja xəbər verir ki, şirkətə yaxın olan mənbələrin bildirdiyinə görə, Elo bunun üçün anderrayter qismində 6 iri bankı seçib. Bunlardan 3-ü ABŞ-ın Morgan Stanley, Goldman Sachs və JPMorgan&Co. bankları, digər üçü isə Braziliyanın Banco Bradesco SA, Banco do Brasil SA və Caixa Economica Federal banklarıdır.
Elo yuxarıda adları qeyd olunan 3 Braziliya bankı tərəfindən 2011-ci ildə Visa və Mastercard sistemləri ilə rəqabət aparmaq üçün bank kartları assosiasiyası olaraq qurulmuşdur. Elo kredit və debit kartları, digər xüsusi kartlar və emal şəbəkəsi kimi maliyyə xidmətləri göstərir. 2020-ci ilin sonuna Elo artıq 132 milyon bank kartı təhvil vermişdir. 2016-cı ildən başlayaraq, şirkətin müştərilərinə verdiyi kartlar ABŞ-da ödəniş vasitəsi kimi tanınmışdır.
Banco Bradesco SA, Banco do Brasil SA və Caixa Economica Federal bankları Elo-da malik olduqları payın yalnız bir hissəsini satmaq qərarına gəlib. Bu ilin ikinci yarısında baş tutması planlaşdırılan IPO-da şirkətin 7 milyard dollar bazar dəyərinə çatması hədəflənir.
Koronavirus pandemiyasında sonra Braziliyada kartla ödənişlərin həcmi 8 faizdən çox artıb. Ölkənin kart assosiasiyası bu il artımın 20%-i keçəcəyini proqnozlaşdırır. Elo ötən ili 838 milyon Braziliya realı (reais) (150 milyon dollar) xalis mənfəətlə başa vurub.
1 dollar = 5.60 reais.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 25 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























