Asiya bazarlarında dalğalanma - birjalardakı volatillik davam edir
Mitsubishi dəyər itirir, Çin istehsal həcmlərini artırmağı planlaşdırır, Hyundai çox qısa artış əldə edir, texnologiya şirkətləri isə hələ də qeyri-müəyyən vəziyyətdədir.Asiya bazarları yeni iş gününə müxtəlif ziddiyyətli göstəricilərlə başlayıb. Marja xəbər verir ki, Çinin Milli Statistika Bürosu istehsalat sahələrində Alıcı Menecerlər İndeksinin (PMI indeksi) fevral ayındakı 50.6 ilə müqayisədə mart ayında 51.9-a yüksəldiyini açıqlayıb. Milli statistika qurumu bu il istehsal həcminin daha da artacağını proqnozlaşdırır. Adətən PMI indeksi 50-dən yüksək olduqda bu, istehsal həcminin artdığını, aşağı olduqda isə azaldığını göstərir.
Daha bir Asiya nəhəngi-Yaponiyada Mitsubishi UFJ Maliyyə Qrupunun səhmləri 3.5% ucuzlaşıb. Dünən xəbər verdiyimiz Archegos hadisəsindən sonra yapon bankı Nomuranın bazar ertəsi 16 faiz ucuzlaşan səhmləri çərşənbə axşamı mövqeyini bərpa etsə də, bugün yenidən 2% aşağı düşüb. Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı Hyundai Motorun səhmləri 0.46% bahalaşıb. Şirkət ən böyük istehsal müəssisəsi olan Ulsandakı zavodunda işlərin aprelin 7-dən 14-ə qədər dayandırılacağını bildirib.
Birjalarda da vəziyyət qarışıqdır - Morgan Stanley Capital Investments-in (MSCI) ən böyük Asiya indeksləri bir həftəlik 682.36 bənddən 680.04 bəndə qədər azalıb. Bu göstərici ötən ay qeydə alınmış və indiyə qədərki rekord göstərici hesab olunan 745.89 bəndindən xeyli aşağıdır. Yaponiyanın Nikkei 225 indeksi 0.63%, Topix indeksi 0.68%, Çinin Şanxay və Şenzen indeksləri müvafiq olaraq 0.61% və 0.95%, Honkonqdakı Han Seng indeksi 0.31% azalmış, Cənubi Koreyanın Kospi indeksi 0.19% artmış, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1.69% dəyər qazanmışdır.
Yapon yeni dollar qarşısında dəyər itirərək 1 dollar = 110.85 yen təşkil edib (ötən həftə bu göstərici 1 dollar = 109.2 yen idi). Avstraliya dolları da qismən azalaraq 1 Avstraliya dolları = 0.7607 dollar mövqedə qərarlaşıb. Hazırda Asiya birjalarında Brent markalı neftin bir barreli 64.4 dollardan satılır, WTI markalı ABŞ nefti isə 60.87 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
20 d. əvvəl
"FINCA Azerbaijan" indi də dollar ilə borc alır - 9 FAİZ GƏLİR TƏKLİFİ
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - MEMORANDUM İMZALANDI
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Ağ metal” yeni həftəyə də rekordla başlayıb - "Sarı metal"ı belə geridə qoyub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
"Kapital Bank"ın BOKT-ı 2 milyon manat cəlb edir - ŞƏRTLƏR
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"Regional BOKT"ın xalis mənfəəti artıb
BOKT illik 16 faizlə daha 1 milyon manat borc alır
Azərbaycan startaplarının qlobal investorlara çıxış imkanlarının yaradılması üçün əməkdaşlıq başlayır
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır
“OPEC plus”un qərarından sonra neft bahalaşır
Rəsmi məzənnələr açıqlandı

















.jpg)






