2020-ci ildə 26,3% böyüyən PAŞA Bank Türkiyə istiqrazları üzrə 14-cü kupon ödənişini həyata keçirdi
(®️) Bakı Fond Birjasında ilk xarici emitent olan PAŞA Bank Türkiyə silinmə tarixi (nominalın geri ödənişi) 22 dekabr 2022-ci il olan istiqrazları üzrə illik 4,85% olmaqla 303 125 ABŞ dolları həcmində 14-cü rüblük kupon ödənişini həyata keçirib. İndiyədək investorlara ümumilikdə 4 243 750 ABŞ dolları məbləğində faiz gəliri ödənilib.
İstiqrazların kupon ödənişi ilə bağlı dekabr ayındakı məqalədə qiymətli kağızı təhlükəsizlik, likvidlik və gəlirlilik meyarları əsasında təhlil etmişdik. Bu dəfə emitentin iqtisadi dayanıqlığı, təhlükəsizliyi barədə daha ətraflı məlumat vermək istəyirik.
Bankın 31.12.2020-ci il tarixinə bitən il üzrə maliyyə nəticələrini əks etdirən audit hesabatına əsasən il ərzində cəmi aktivlər 26,3% artaraq 2 179,4 mln türk lirəsinə çatmışdır. Aktivlər arasında məbləğ olaraq ən yüksək artım 38,8%-lik artım tempi ilə kredit portfelində olub ki, ilin əvvəlində 1 045,1 mln türk lirəsindən ilin sonuna 1 450,7 mln lirəyədək böyüyüb. Bankın qiymətli kağızlar və törəmə maliyyə alətlərinə olan yatırımları il ərzində 59,7% artaraq 153,8 mln lirə təşkil edib.
Artımın maliyyəlləşdirilməsi əsasən cəlbetmələr hesabına həyata keçirilib. Yüksək etibarlılıq nümayiş etdirən Bank maliyyə institutları və pul bazarı üzrə cəlbetmələr portfelini 27,3% artıraraq 856,6 mln lirəyə çatdırıb. Həcm olaraq ən yüksək hissəni təşkil edən borc qiymətli kağızları il ərzində 35,9% artıb və ilin sonuna 647 mln lirə təşkil edib. Ən yüksək artım dərəcəsini isə 4,1 dəfə böyüyən müştəri hesab qalıqları nümayiş etdirib.
Əməliyyat gəliri 2020-ci il ərzində 38,5% artıb və 89,4 mln lirə təşkil edib. Maliyyə ilini 31,4 mln xalis mənfəətlə bitirən Bankın cəmi kapitalı 5,8% artıb və 562,7 mln lirə təşkil edib.
Silinmə tarixinə 21 ay qalan istiqrazların illik 4,85% ilə hesablanan 15-ci rüblük kupon ödənişi 22 iyun 2021-ci il tarixində baş tutacaq. Müqayisə üçün bildirək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 29.03.2021-ci il tarixində açıqladığı statistik məlumatlara əsasən 01.03.2021-ci il tarixinə banklarda xarici valyutada yerləşdirilmiş depozitlər üzrə faiz dərəcələri müqavilə müddəti 9 aydan 1 ilədək olanlar üzrə ortalama illik 1,08%, müqavilə müddəti 1 ildən 5 ilədək olanlar üzrə isə ortalama illik 2.01% təşkil etmişdir (mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı / Pul-kredit statistikası / 3.2 Depozit və kreditlər üzrə orta faiz dərəcələri).
İstiqrazları əldə etmək üçün PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma










.jpg)







.jpg)





