Intel Korporasiyasından 20 milyard dollarlıq yeni proqram
Şirkət çip istehsalını maksimum artırmaq üçün Arizonada bir neçə zavod açacaq.ABŞ-ın ən böyük texnologiya şirkətlərindən olan və qlobal kompüterlər bazarında xüsusi çəkiyə malik Intel Korporasiyası yeni istehsal strategiyasını açıqlayıb.
Marja xəbər verir ki, şirkət kompüterlər üçün mixrosxemlər və yarımkeçirici çip istehsalının həcmini maksimum genişləndirmək üçün Arizonada tikəcəyi iki yeni zavoda 20 milyard dollar xərcləmək niyyətindədir.
Intel-in yeni təyin olunmuş baş icraçı direktoru Pat Gelsinger qlobal çip bazarında təkrar mühüm mövqelər qazanmaq və ən böyük Asiya istehsalçıları – Tayvan Yarımkeçiricilər İstehsalı Fabriki və Samsung-dan geri qalmamaq niyyətində olduqlarını bildirib. Yeni fabriklərin 2024-cü ildə fəaliyyətə başlayacaqları planlaşdırılır. Açıqlamanın ardından Intel-in səhm birjalarındakı qiymətli kağızları 7%-dən artıq bahalaşıb.
Ötən ildən bəri davam edən pandemiya bir sıra iqtisadi və istehsalat sahələri ilə bərabər, mikrosxem və çip istehsalı sektoruna da ciddi zərbə vurub. Kəskin şəkildə aşağı düşən istehsal hazırda qlobal kompüter və avtomobil sənayesini tam gücü ilə təchiz etmək qabiliyyətində deyil. Hazırda qlobal mikrosxem və tökmə xəlitə istehsalının 80 faizi Asiya bazarlarının payına düşür, ABŞ 15 faiz payla ikincidir. Qalan 5 faiz isə Avropa İttifaqına məxsusdur. Bütövlükdə bu sektorun 2025-ci ilə qədər 100 milyard dollarlıq istehsal gücünə çatacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 48 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























