Dünya nəhəngi "Maraş dondurması" məhkəməsini uduzdu
Unilever-ə bağlı şirkət olan Algida şirkəti dünyanın ən böyük dondurma istehsalçılarından biridir. Bu şirkət istehsal etdiyi bir çox dondurmada "Maraş" adını istifadə edir. Digər tərəfdən 2018-ci ildə Kahramanmaraş Ticarət və Sənaye Assosiasiyası Maraş dondurması coğrafi adını alıb. Algida şirkəti "Maraş" coğraji işarəsinin Assosiasiyanın adına olan qeydiyyatın ləğvi üçün Ankara 4-üncü Əqli Mülkiyyət Hüquqları Məhkəməsinə müraciət etmişdi.
Marja xəbər verir ki, məhkəmə Algida şirkətinin istəyini rədd edib.
Kahramanmaraş Ticarət və Sənaye Assosiasiyassının yaydığı məlumata görə, artıq hər kəs hər dondurmanı "Maraş dondurması" adı ilə sata bilməyəcək: "Xüsusilə bizim patentimizdə, coğrafi işarəmizdə təsvir edilən dondurma tipi istehsalı, məmulatları nədirsə o şəkildə istehsal edilənlər yalnız Maraş dondurması olacaq və 100% keçi südündən hazırlanacaq. Bundan sonra "Maraş üsulu", "Maraş dondurması" kimi ifadələr icazəsi olmayan şəxslər tərəfindən istifadə edilməyəcək".
"Maraş" adı ilə 20 ətrafında dondurma markası olan Unilever, Maraş dondurmasının bir reklam ifadəsi olduğunu, reklamın da coğrafi işarə ola bilməyəcəyini iddia edirdi.
Bundan sonra Maraş adı ilə dondurma istehsal etmək istəyənlər Kahramanmaraş Ticarət və Sənaye Assosiasiyasından icazə almalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
- 28 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
15 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib




















